Məzahir Pənahov!
(yazının sonunda yerləşdirdiyim videolara diqqət edin. 43,3 faızli seçdıyınız Sahıb Alıyevə Tərtər camaatının münasıbətını görün)…
Tərtər uğrunda Şəhid olan Şəhidimizin övladı namizəd kimi hətta öz kəndində Sahib Alıyeva uduzdurulur. Bu siyasətin arxasıda kimlər var? Sizcə bu sıradan bir hadisədirmi? O Sahib Alıyevdən söhbət gedir ki, əhali onun neçə illərdi səsini eşitmədi, fəaliyyətini görmədi və Tərtərdən qovdu.
Tərtərdə seçkiyə qatılan 12 nəfər deputatlığa namizəd özlərini təbliğ edərkən seçicilərinə vəd verirdilər ki, narahat olmayın, siz səsinizi verin arxasında duracağıq. Seçki abırsız bir saxtakarlıqla bitib. Faktlar ortada. Amma namizədlərdən bir nəfər Tamilla Qulami istisna olmaqla heç kimdən səs çıxmır. (üzürlü sayın indibəzi namizədlərin də səsləri gəlir). Əslində görünən və bəlli olan budur ki, namizədlərin çoxu saxtakarlığa, Tərtərin saf, qəhrəman əhalisinə namərdcəsinə xəyanət edərək illərdir seçkini saxtalaşdıran ermənilərdən də təhlükəli olanlara “kimsələrəsə” dəstək, kömək olmaq üçün namizəd olublar. Bu halıTərtər torpağının övladlarına heç yaraşdırmadım. Tamilla xanımın əlində kifayət qədər video sənəd var ki, seçkinin nəticəlrini ləğv etməyə kifayət edər. Amma digər namizədlər niyə eyni fədakarlığı göstərmir? Nə baş verdi?
Azərbaycan cəmiyyətinə Zori Balayandan da təhlükəli zədələr vuran Tərtər rayon Dairə Seçki Komisiyasının sədri Həmid Mehdiyevdir və onun fəaliyyəti araşdırılmalıdır. Ən azından 20 ildən artıq bir dövrdə Tərtərdə bu qəhrəman əhaliyə bir dəfə də olsun doğru-dürüst seçim imkanı verilmədiyi üçün. Biz bu işləri həll etməliyik. Dövlət başçısının elan etdiyi siyasi kursa bilərəkdən müdaxilə etdən və rayon rəhbərliyi ilə birlikdə növbəti dəfə total seçki saxtakarlığına yol verən bDairəə Seçki Komisiyasının sədri Həmid Mehdiyev və rayon rəhbərliyi bu tapşırığı kimdən alıb.? İzah verilməldir ki, Sahib Alıyev hakim partiyanın namizədi olmadığı halda Tərtərin heç bir dövründə bu yurda adiyyatı olmayan birisi nədən bu rayondan təyin edilməlidir.? Onu qəsdən bu yurdun namizəd edib insanları dövlətdən, hakimiyyətdən öz həyatlarından küsdürməkdə maraqlı olanlar kimlərdir.? Necə olur ki, Tərtər uğrunda Şəhid olan Şəhidimizin övladı öz kəndindən Sahib Alıyevdan az səs alır? Necə olur ki, Tərtərin müdafiəsində qəhrəmancasına döyüşən şəhid olan kişilərin övladları öz yurdlarının əhalisinin namizədi kimi onları təmsil edə bilmirlər.? Amma biz dəqiq bilirik ki bu iyrənc siyasətin arxasında hansı niyyətlər durur. İnsanları alçaldan siyasətin memarları kimlərdir! Artıq hamı hər şeyi bilir və görür.
Tərtərdə seçki saxtakarlığını sübut edən faktlara hüquqi qiymət verilməli və seçkinin nəticələri ləğv edilməlidir. Tərtərdən Sahib Alıyevi bu şəkildə seçdirən qüvvə sizə tapşırıq Azərbaycandan verməyibdir…Biz bunu belə dərk edirik.
Sahib Alıyevi Tərtərdən “qalib” elan etdirən qüvvənin tapşırığı Azərbaycandan alması inandırıcı görünmür…Videolar
Baş readaktor Qələndər Muxtarlı