Şamaxı – Acıdərə Türk Məzarlığında milliyətçilər İstanbulda Türk Şurasına dəstəklərini bildiriblər.

12/11/21 10:30

12 noyabr 2021ci il tarixdə Azərbaycan Milliyyətçi Demokrat (Bozqurd) Partiyası, Demokratik Dəyişim Platforması, 15 yaxın Qeyri-Hökumət Təşkilatının üzvləri Şamaxının Acıdərə bölgəsindəki Türk Şəhidlik məzarlığında bir araya gələrək İstanbulda keçirilən Türk Konseyinə dəstəklərini ifadə etmək üçün törən düzənləmişlər.

Tədbir iştirakçıları Türk Konseyinə müraciət edərək:

  1. Mədəniyyət mərkəzi Şuşada Türk Konsulluğunun açılması;
  2. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda hərbi bazasının rəsmi yaradılması;
  3. Türk Turan valyutasının yaradılması və bu valyutanın ticarətdə istifadə edilməsini müzakirə edərək, qərara qəbul edərək həyata keçirilməsi barədə müraciət etmişlər.

Tədbir iştirakçıları İstanbulda keçirilən və türk dünyasının liderlərini bir araya gətirən Türk Şurasının 8-ci Zirvə Toplantısında Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olmasını alqışlamışlar.

Sonra iştirakçılar Türk Şurasının 8-ci Zirvə Toplantısında alınacaq qərarları müdafiə etdiklərini dilə gətirərək xüsusi hazırlanmış 23 metrlik Turan bayrağını aşaraq, Azərbaycan və Türkiyə türkcələrində dövlət himnlərini səsləndiriblər

Türk Şəhidliyində dövlət himnləri səsləndirildikdən sonra törəndə iştirak edənlər Türkiyə Cumhuriyyəti prezident Rəcəb Tayyub Ərdoğana müraciət edərək  2-ci Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi mənəvi, siyasi və hərbi texnologiya yardımına görə təşəkkürlərini bildirmişlər.

“İki devlet tarafından hayata geçirilmek üzere planlanan kararların biran evvel hayat bulması ve Azerbaycan kamuoyunun görmeyi arzu ettiği aşağıda arz ettiğimiz teklifleri zirvede gündeme alınarak karara bağlanması ve hayata geçirilmesi adına takipçisi olup, heyecan duyduğumuzu ve gerçekleştirilmesi amacıyla size takdir ve tensiplerinize minnet ve şükranla arz ediyoruz. Şuşa Konsolosluğu’nun açılması, Türk Silahlı Kuvvetleri’nin Azerbaycan’da askeri üssünün resmi olarak açılması ve varlığının biran evvel hayat bulması, Türk Turan sevdalısı, Nuri Paşa ve Kafkas İslam Ordusu’nun görkemli Abidesi’nin Türkiye Cumhuriyeti Devleti tarafından ivedilikle ve biran evvel Bakü’de yapılıp törenle hizmete açılması, Türk Turan para birimini oluşturması ve ticaretinde bu para birimini kullanması konularının Türk Konseyi’nde ele alınarak, karara bağlanılması ve hayat bulması için size ricada bulunuyoruz. Azerbaycan’daki 15 sosyal toplum kuruluşu (STK) olarak 12 Kasım 2021’de İstanbul’da düzenlenecek 8. Türk Konseyi Zirvesi’nin Büyük Türk Turan Dünyası’na hayırlı olmasını Allah’tan niyaz ediyor, tebrik, şükran ve minnet duygularımızı arz ediyoruz” ifadelerini kaydetti. – BAKÜ”

Transqafqaz.com