Dünyada bildiyim qədər hər 110 nəfərə bir ziyalı düşür. Daha doğrusu oxumuş, təhsilli adam düşür. Biz ailədə uşağı yad təsirlərdən, soyuqdan, qardan, borandan qoruyur, onu bəsləyir, bağçaya verir, sonra məktəbə göndəririk ki, cəmiyyətə, ailəsinə, nəslinə yararlı bir adam kimi böyüyə bilsin. Ailə burada başqa sivil cəmiyyətlərdə olduğu kimi öz təbii sosial funksiyasını dövlət qarşısında yertinə yetirir. İnsanlar da təbii olaraq dövləti ona görə qurur ki, cəmiyyətə verdiyi balasını qurduğu dövlət bağçada, məktəbdə bəsləyə bilsin. Lakin insanlar bilmir ki, məktəbdə onun balasını saxta müəllimlər gözdəyir. İndi buna görə kim məsuliyyət daşıyır.? Təhsilə cavabdeh dövlətmi? Saxta diplom alan insanlarmı?
Biz millət olaraq əlbətdə çox sahələrdə “İlklər” -ə imza atmışıq.Götürək sabiq Təhisl Nazirimiz Misir Mərdanovun dediyi məşhur faktı ki, “Təhsil sahəsində 32 min saxta diplomlu müəllim işləyir!” .Bu faktın həm özünə görə həm də bu fakta münasibətə görə “ilk” xalq deyilikmi ki,həm belə acınacaqlı fakt ortaya çıxıb,millətimizə belə bir xəyanət etməyə əlimiz gəlib, həm də millət olaraq heç bir reaksiya verməməklə də “İLK” xalq deyilikmi? . Bu faktın özü bir yana, onunla əlaqədar heç bir tədbir görməməklə də də yeganə xalq olduq. Əksinə saxta diplomla müəllim işləyənləri müdafiə edib dedik ki, eləsi var 10, 15 il müəllim işləyib təcürbə toplayıb,diplomlu müəllimdən yaxşı bilir, deyibən məsələni həll etməklədə yeganə millət olduq.
Heç kəsə sir deyil ki təhsil sahəsində kütləvi ixtisarlar gedir. Amma görək nə qədər saxta diplomlu insanlar, bu ixtisarların əsnasında, diaqnostik qiymətləndirmə vasitəsilə kənarlaşdırırlıb. Mənim şübhəm var ki, bu adamlar bu gün də məktəblərin əsas aparıcı qüvvəsi olaraq qalırlar. Əyər elə deyilsə Təhsil nazirliyi bir açıqlama versin ki, saxta, diplomu şübhəli olan filan qədər “müəllim” təhsil prosesindən kənarlaşdırılıb.
Əyər bu hallar baş veribsə, proses davam edirsə Təhsil nazirliyinə bəlkə bir milli dəstək lazımdı?
Amma bilirsinizmi həm də niyə dövlət səviyyəsində saxta diplomla işləyənlərə qarşı bir tədbir görmədik? Ona görə ki, məqsədli şəkildə o diplomları satmışdılar. Diplomu siravı vətndaş təşkil edib sata bilməzdi. Ya səlahiyyətli dövlət orqanları, ya da əlaqədar Nazirlik bu işi, saxta diplomu sata bilərdi. Amma tədbir görmək üçün siyasi hakimiyyətin iradəsi ortaya qoyulmursa deməli bu məqsədyönlü siyasət olub indi də bu siyasət himayə edilərək, qoruma altına alınır. Biz bundan danışaq ki, o saxta müəllimlər nə qədər evlər yıxırlar, millətin gələcəyini necə təhlükəli sonluğa yaxınlaşdırırlar. Hələ maaşların azlığı səbəbilylə necə-necə qabiliyyətli peşəkar müəllimlər bu sahəni atıb gedirlər. Orta və ali təhsil sahəsində müəllim işləmişəm. 98 faiz tələbə müəllim ilə müəllimənin fərqini bilmir və demək olar ki hamısı kişi müəllimlərinə də müəllimə deyə müraciət edir. Bu məktəblərdəki kişi müəllimlərin azlığının göstəricisidir. Məktəblərdə şagirdlərin təmasda olduqları insanlıarın əksəriyyəti qadın müəllimlər olduğundan şagirdlər fərqi ayırd edə bilmir. Sizcə qüsurlara, neqativ hallara qarşı hamımız vətəndaş mövqeyi bildirsək bəlkə mövcud vəziyyətdə ciddi dəyişiklik yarada bilərik?
Qələndər Muxtarlı