Saxtalaşdırılmış Rus tarixi – Ruslar kimlərdir?

25/08/21 4:43

Siyasətdə tarixə instrumental bir yanaşma mövcuddur: keçmiş bu gün üçün işləməlidir və əgər kifayət qədər dəlil yoxdursa, o zaman o dəlili uydurmaq lazımdır.

Şərq ölkəsi olan Moskoviya, yalnız 1721 -ci ildə rəsmi olaraq Avropa krallığı olaraq yenidən təşkil edildi.

Karl Marx, XVIII-ci əsrin diplomatik tarixini ifşa edən əsərində yazırdı: “Rus ilə heç bir əlaqəsi olmayan və adını ən yaxşı halda XVIII-ci əsrdə almış Rusiya, 800 il əvvəl yaradılmış Rus tarixi irsinə həyasızlıqla iddia edir. Moskoviya tarixi Rusiya tarixinə ağ iplərlə tikilir”!.

Bütün Tatar-Moskva ətrafına nifrət edən I Pyotr, unudulmuş və çökmüş Qızıl Orda imperatorluğunu imperiya ambisiyaları ilə Avropa dövlətinə çevirmək əzmində idi. İmperatriça II Yekaterina I Pyotrun istəyini dəstəkləyərək fərman ilə rus etnonimini  Tatar-Moskovit xalqına yapışdırdı. Moskovitlərə özlərini “rus” xalqı adlandırılmasını əmr edərək, onların Qızıl Ordalılar olmamasını qadağan edə bilmədi.

Coğrafi xəritələr

XV, XVI və hətta XVIII-ci əsrin xəritələrində və atlaslarında Rusiya adı ilə dövlət tapmazsınız. Daha əvvəl bütün xəritələrdə  bu ərazilər Moscoviya olaraq adlandırılırdı. Moskva dövləti ümumilikdə Moskoviya, Moskovitiya və bəzən hətta Tartariya olaraq adlandırılırdı. Entoni Jenquezin 1563 xəritəsində aydın bir yazı var: RUSSIAE, MOSCOWIAE et TARTARIAE.

İki fərqli ölkə, Rusiya və Moskva Tartariyyası.

  1. Bruce və G. fon Menten 1697-ci il xəritələrində 2 ölkə də var: Moskoviya, Moscow-Rusiya və ya Rus və Russie.

Hollandiyalı Frederic de Wit’in 1680-ci il xəritəsində, Rusiya, Moskoviya və Tartariya kimi artıq 3 fərqli ölkə şəklində verilmişdir. Tartariya demək olar ki, bütün Asiyanı və Moscoviyanı əhatə edir,  Moskva isə Moskva vilayətini və Uralı əhatə edir.

                        Moscoviya knyazlığı. Hollandiya xəritəsi 1593

Oğurluq etirafı

Ukraynalılar həmişə rusların “Rus” tarixi adının oğurladıqlarına kəskin etiraz etmişlər. Taras Şevçenko əsərlərində Rus sözünü heç vaxt Rusiyaya münasibətdə işlətməmiş, həmişə yalnız Moskovşina adlandırmışdır!

XVIII-ci əsrin ortalarında Ukraynada ortaya çıxan Rus Tarixi, Kiev Rus dövlətinin ukraynalı xarakterini birmənalı şəkildə təsdiqlədi.

Dil və mədəniyyət

Moskva dövləti, adını dəyişdikdən sonra da Rus olamadı. Tatarlar üçün yad olan mədəniyyət çox çətinliklə kök saldı.

Alman və ingilis dilçiləri P. Jamesin 1618-ci il Moskovit dili və V. Ludolfun 1689-cu il Moskovit dili kitablarından bu barədə öyrənə bilərik

Ötən 70 il müddət ərzində Moscoviya vətəndaşlarının dil leksikasına cəmi 35 əsl rus sözləri əlavə olundu və 16 sözdən 41 sözə yüksəldi! Tatar dilində 41 rus sözü!

Diqqət edin, hətta müasir Ukrayna ədəbi dilində rusiyalılar etnonimi formalaşmışdır və Ukraynanılar onlara heç vaxt rus demir!

İlk saxtakarlıq cəhdləri

Özünü Kiyev  Rus dövlətinin varisi kimi təqdim etməyi ilk dəfə  III İvan cəhd etdi. N.M.Karamzinin “Rus Dövləti Tarixi”-ndə yazmışdır: III İvan 1460-1470-ci illərdə Romaya məktub göndərərək özünü “Ağ Rusiyanın” şahzadəsi olaraq adlandırmışdır.

Daha sonra, 1505-1533-cü illərdə idarə edən oğlu Vasili, işğalçılıq istəklərini gücləndirərək, Rusiyanın Orda ilə “birləşməsi məsələsini” gündəmə gətirərək Ukraynanı işğal etmək üçün səbəblər axtarırdı. Bu bir həqiqətdir ki,, Çar III Vasili sarayda başında çalma, əynində tatar xələti və xələtdən asılmış yatağan xəncəri ilə gəzməyini saray adamları əyləncəli bir şəkildə izləyirdilər.

Moscoviya adının dəyişdirilməsi ilə bağlı rəsmi sənəd yalnız 1721-ci ildə ortaya çıxdı.

Avropa xalqlarına yaxınlığını vurğulamaq üçün Moscoviya, özünə “Rus” sözünün Yunanca transkripsiyasını götürərək yeni, “Rus” adını qəbul etdi.

Böyük saxtakarlıq

XVIII-ci əsrin sonlarında Rusiya, Litva Böyük Hersoqluğunun bütün ərazisini və Polşanın əhəmiyyətli bir hissəsini işğal etdikdən sonra, II Yekaterina işğala hüquqi əsas tapmaq vəzifəsi ilə üzləşdi. Onun tapdığı ideal çıxış yolu, Rusiyanın xarici torpaqlara olan qanuni iddialarını əsaslandırmaq üçün tarixi saxtalaşdırmaq idi.

Bu zaman bir neçə cəbhədə saxtalaşdırma ilə məşğul oldular:

Rus və Moskva xalqlarını qohum slavyan kimi birləşdirən sənədlər saxtalaşdırıldı!

  1. Hər zaman Moskva Ordasının “köləsi” olmaq arzusunda olan Ukrayna, Belarus və Polşa xalqlarının “milli azadlıq hərəkatları” mübarizəsi uyduruldu.
  2. Rusiyanın slavyan bir lider ölkə olduğunu, digər bütün slavyanların mədəni ənənələrinin, dövlətçiliyin onlardan öyrənməsi və qəbul etməsi mifinin əsasını qoydular.
  3. Saxtalaşdırmaların “etibarlılıq” problemi yaşamaması üçün bütün əsl tarixi sənədlər ələ keçirildi və məhv edildi.
  4. Möhtəşəm saxtalaşdırma planını həyata keçirmək üçün II Yekaterina 4 dekabr 1783 -cü ildə Qraf Andrey Petroviç Şuvalovun başçılığı ilə Rusiyanın qədim tarixinə dair qeydlər tərtib etmək üçün Komissiyanın yaradılması haqqında fərman yazdı.

 

Saxtarlıq Fərmanda belə əmr edildi: Romanovlar sülaləsinin soyunun Orda Tatarlarından deyil, Kiyevin Rus knyazlarından olması barədə Rusiya tarixini tərtib etmək!

Kiyev Rus – Ukrayna və Litvanın qədim salnamələri yenidən yazıldı, yeniləndi və orijinal versiyaları məhv edildi.

1790 -cı ildə Moskovo-Tatarlar rəsmi olaraq Slavyanlar adlanmağa başladı!

İmperatoriçənin tapşırığı ilə  1782-1793-cü illərdə tarixi nizamlama üzrə komissiyanın üzvü, habelə onun katibi olan Aleksandr Vasilyeviç Xrapovitski Moskovitlərin “slavyan” olduqları haqqında gözəl bir nağıl yazdı.

Saxtakarlıq o qədər kobud idi ki, saxta xronika əsasında tərtib edilmiş 12 cildlik Rusiya Dövlətinin Tarixini yazmaq tapşırığı alan Nikolay Mixayloviç Karamzin heyrətini gizlətmirdi: “Saxta tarixi salnaməyə öz töhfəmi verməsiydim, Moskoviya tarixini Kiyev və Novqorod qaynaqlaına bağlamaq cəfəngiyatı onu oxuyan şəxsdə gülmək hissləri yaradardı”.

Kiyev-Rus  knyazlarından gəldiklərini və “slavyan” olduqlarına ruslar (eynilə ermənilər kimi) o qədər inandılar ki, heç bir elmi nəticəni, tarixi faktları, araşdırmaları qəbul etmək istəmirlər.

Bütün bir ölkə (Rusiya), Moskovit-Tatar xalqının və onların əsarəti altında olan Slavyan xalqlarının ortaq mənşəyinə qardaşlığına hələ də inanır. Rus mədəniyyətinin, dilinin və dininin üstünlüyünə inanır. İnanır ki, yeganə təmiz slavyan dili rus dilidir və digər dillər yalnız onun dialektləridir.

Rusların imperiya ambisiyalarını alovlandıran (özlərini qeyri-rəsmi Qızıl Ordanın varisləri hesab edirlər) və onlara işğal etdikləri digər xalqların ərazilərini ilk növbədə rus torpaqları adlandırmaq hüququ verən bu inancdır!

Vahidov Qurban. Araşdırmaçı – analitik