Separatçılar bir azərbaycanlı əsgərin həbs edildiyini bildirdi. Bakı psixi xəstəxanadan qaçdığını deyir

26/08/21 3:57

Cümə axşamı günü Qarabağdakı erməni separatçıları bir azərbaycanlı hərbçinin həbs edildiyini bildirdi. Hadisənin 25 avqustda Ağdərada baş verdiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun həqiqi hərbi xidmət əsgəri  Babayev Cəmil Natiq oğlunun Gəncə xəstəxanasının psixiatriya şöbəsindən icazəsiz çıxdığını açıqladı.

Babayev barəsində cinayət işinin açıldığı, araşdırma aparıldığı bildirilir.

Müdafiə Nazirliyi əsgərimizin rus sülhməramlılarının nəzarət etdiyi əraziyə keçdiyini güman edir.