Erməni separatçılarının Qarabağda, Rusiya sülhməramlılarının məsuliyyət zonasında elan etdiyi hər hansı təlimlər 10 noyabr 2020-ci il tarixli Bəyannamənin kobud şəkildə pozulmasıdır.
Bu Bəyannamə regionun demilitarizasiyasını nəzərdə tutur. Ümumiyyətlə, daha dəqiq desək, rus sülhməramlıları ora döyüşən tərəfləri ayırmaq mandatı ilə deyil, müdafiəsiz qalmış erməni əhalisini qorumaq mandatı ilə gətirilib. Lakin erməni əhalisi arasında silahlı birləşmələr, hərbi birləşmələr varsa, o zaman sülhməramlıların mandatı dəyişdirilməlidir. Bunu Minval.az -a müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiyanın tanınmış ictimai xadimi və politoloqu Sergey Markov deyib .
“Qeyd edim ki, hələ İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl Rusiya Ermənistanın Madrid prinsipləri əsasında hazırlanmış Kazan düsturu kimi bütün sazişlər üzrə planlaşdırılan hərəkətləri pozmasından çox narazı idi. . Bu narazılıq getdikcə artırdı və 44 günlük müharibədən iki il əvvəl, bildiyimə görə, praktiki olaraq İrəvandakı hakimiyyətə açıq şəkildə bildirdi ki, müharibə qaçılmazdır, çünki Ermənistan heç nə etmir, Azərbaycana qarşı heç bir addım atmır”, – politoloq qeyd edib.
İndi isə onun fikrincə, hadisələrin inkişaf məntiqi demək olar ki, oxşardır. Ermənistan və separatçıların bu mənfi balansı hərəkətləri Azərbaycanı erməni tərəfinin qeyri-konstruktiv xarakterinə görə növbəti beş il Rusiya sülhməramlılarının missiyası ilə bağlı sazişin müddətini uzatmayacaq..
Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları sadəcə olaraq regionu tərk etməli olacaqlar. Amma Azərbaycan və Ermənistan ordularının qüvvələr nisbəti müqayisə oluna bilmədiyi üçün o zaman erməni əhalisinin Qarabağdan kütləvi şəkildə köçürülməsi baş verəcək və Azərbaycan ordusu sakitcə öz ərazilərinə sahib olacaq. Bu, Ermənistan tərəfinin həyata keçirdiyi razılaşmaların yerinə yetirilməməsinin ən bariz nəticəsi olacaqdır.
“Və bunun niyə bu qədər açıq olduğunu izah edəcəyəm. Çünki Rusiya öz üzərinə İrəvana təzyiq, razı salmaq kimi əlavə iş götürməyəcəkdi”, – politoloq qeyd edib.
Bu mənada, onun fikrincə, Azərbaycan ictimaiyyətində həmişə müəyyən yanlış stereotip formalaşıb ki, Rusiya istəsə, Ermənistana maksimum təsir göstərə bilər.
“Əslində, əvvəl dediyim kimi, Rusiya 44 günlük müharibədən əvvəlki situasiyada olduğu kimi davranır. Bir vaxtlar Rusiya Kazan düsturunu işləyib masaya qoyaraq deyib: “Budur. Kazan Sazişi qəbul edin, razılığa gəlin. Qəbul etmək istəmirsiniz? Yaxşı, etməyin, biz heç kimi məcbur etməyəcəyik. Onda müharibə edin”, – Markov vurğulayıb.
“Eyni proses indi də baş verir”, – politoloq əlavə edib.
Onun sözlərinə görə, Rusiya nə vaxtsa İrəvana sadəcə şərtlər siyahısını göstərəcək. Zəhmət olmasa bunu edin.
“Əgər siz bunu yerinə yetirmək istəmirsinizsə, məcburiyyət də yoxdur, o zaman Azərbaycan müqaviləni yeniləməyəcək və Rusiya regionu tərk edəcək. Budur, təxminən söhbət belə olacaq” – deyə Markov yekunlaşdırdı.
Onun sözlərinə görə, müdaxilə və ya mane ola biləcək edə biləcək yeganə məsələ Rusiyada ermənipərəst qüvvələrin “ermənilərin incidilməsinə imkan verməyəcəyik” istiqamətində hansısa hərəkatın başlanılması ola bilər. Bundan əlavə Ankara ilə Moskvanın razılığı olmadğı bəzi məqamlar səbəbindən Rusiya ilə Türkiyə arasında qəfil münaqişə və ya konfliktin olması.
“Lakin Azərbaycan rəhbərliyi bütün bunları mükəmməl başa düşür, ona görə də mənim qeyri-konstruktiv Ermənistan tərəfi ilə bağlı proqnozum birmənalıdır”, – həmsöhbətimiz yekunlaşdırıb.