Serj Sarkisyan rus işğalçılarının müşaiyyəti ilə Amarasda olub

17/08/21 11:45

Ermənistanın üçüncü prezidentini 13 avqust 2021-ci il Dağlıq Qarabağın keçmiş prezidenti və Erməni Apostol Kilsəsinin Artsax yeparxiyasının rəhbəri müşayiət edib.

Bu məlumatı Simonyanın Sputnik-i yayıb. Üçüncü prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Xocavənd rayonunda Amaras monastır kompleksini ziyarət edib.

Sarkisyanı Dağlıq Qarabağın keçmiş prezidenti Bako Saakyan və Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının rəhbəri Vrtanes Abrahamyan müşayiət edirdi. Səfər zamanı monastırın bərpa işləri ilə tanış oldular.

Qeyd edək ki, zəvvarlar rus sülhməramlılarının müşayiəti ilə Amaras monastırını ziyarət edirlər. Təkcə keçən həftə 1000 -dən çox zəvvar və yerli sakin ziyarət edib.

Qeyd: Niyə Jirinovskiyə mirzəlik edənlər bu rus həngaməsindən yazmayıblar? Niyə Musabəyov və onun xislətində olan rusbaşlılar qardaşları və ağaları olan rus işğal güclərinə etiraz etməyiblər. Jirikin çörəyi tutsun sizi…

Əli Nəsib Zərdabi

Mənbə: Fədai.az