Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq…

30/07/17 12:50

İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə  23-27° isti, gündüz  31-36° isti, Bakıda gecə  24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, qərb küləyi ayrı-ayrı  yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə  22-27° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz  27-32° isti olacağı gözlənilir.

Könül Hacıyeva