Aparılan son dəqiqləşməyə görə, Permdə universitetdə atışma nəticəsində 6 nəfər həlak olub.
Transqafqaz.com-un xəbərinə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlikdən hadisə nəticəsində zərər çəkmiş 24 nəfərə isə tibbi yardım göstərildiyini açıqlanıb.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi bundan əvvəl atışmada 8 nəfərin həlak olduğu barədə məlumat yaymışdı.
13.45
Rusiya İstintaq Komitəsi Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada yaralananların sayı barədə dəqiq rəqəm açıqlayıb.
Transqafqaz.com-un məlumatına görə, İstintaq Komitəsindən atışmada 28 nəfərin yaralandığı bildirilib.
Bundan əvvəl silahlı insident nəticəsində 8 nəfərin həlak olduğu, 19 nəfərin yaralandığı açıqlanmışdı.
12.33
Rusiyada universitetdə atışmada yaralananların sayı dəqiqləşdirilib.
Transqafqaz.com-un məlumatına görə, Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada 19 nəfər yaralanıb.
İstintaq Komitəsindən insident nəticəsində 8 nəfərin həlak olduğu açıqlanıb.
Hadisəni tələbələrdən birinin törətdiyi bildirilir. O, saxlanılan zaman polisə müqavimət göstərib. Polis onu atəşlə yaralayaraq ələ keçirib.
Yaralılara yardım üçün Moskvadan Permə təyyarə ilə tibbi ləvazimatlar göndərilib.
12.06
Rusiyada universitetdə atışmada ölənlərin sayı artıb.
Transqafqaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, Perm Dövlət Milli Araşdırma Universitetində atışmada ölənlərin sayə 8-ə yüksəlib, bir neçə nəfər yaralanıb.
11.51
Perm Dövlət Milli Araşdırmalar Universitetində baş vermiş silahlı insident nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Transqafqaz.com-un xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
saat 11:27
Perm Dövlət Milli Araşdırmalar Universitetində tələbə travmatik silahdan atəş açıb.
Transqafqaz.com-un TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.
Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, travmatik silahdan atəş açan şəxs adıçəkilən ali məktəbin tələbəsi olub və o saxlanılıb.