ABŞ müttəfiqləri ilə birlikdə bombardman təyyarələri ilə gövdə nümayişi keçirib. Rusiya və Çin də buna qarşılıq hərbi gücünü nümayiş etdirdi.
ABŞ Sakit Okean Hava Qüvvələr Komandanlığı (PACOM) Şimali Koreyanın qitələrarası balistik raket sınağına qarşı Yaponiya və Cənubi Koreya yarmadası üzərində B-1b bombardman təyyarələri ilə güc nümayişi keçirib. PACOMDAN edilən yazılı açıqlamada, “Bu vəzifə Şimali Koreyanın gərginliyi artıran 3 İyul və 29 İyul qitələrarası balistik raket sınaqlarına qarşı aparılıb” deyə bildirilib. İki ədəd B-1b təyyarəsi Quam adasındakı Andersen Hava Bazasından qalxarkən təyyarələrə, Yapon hava sahəsinə daxil olması iki Yapon F-2 təyyarə müşayiət edib. Cənubi Koreya hava sahəsinə girməsi ilə də dörd ədəd Koreya F-15 təyyarə qrupa qoşulub.
Təyyarələrin yarımada üzərində alçaq uçuş etdiyi bildirilən açıqlamada, bu ifadələrə yer verilib: 10 saatlıq uçuşda ekipaj qabiliyyətlərini və taktiki bacarıqlarını inkişaf etdirmək üçün qarşısını alma çalışmaları edərkən Hİnd-Asya Sakit Okean regionunda uzun zamandan bəri davam edən əlaqələrini möhkəmləndirdilər.