«Şir quyruğu» olan İranın ayətullahı Seyid Həsən Amilinin «quşlaması»: İran hansı şirin quyruğudur?

20/09/21 11:11

Azərbaycanın öz sərhədləri daxilində — Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması İranı əməlli-başlı özündən çıxarıb.

Elə bil molla rejiminə ABŞ yox, biz sanksiya tətbiq eləmişik. İrana məxsus yük maşınlarının Qarabağa qeyri-humanitar yük daşımalarının qarşısının alınmasına cavab olaraq, SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməklə cavab verib. Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək. Horadizdən Mehri rayonuna qədər ərazilərimizin işğaldan azad olunduğunu və təlimlərin də məhz bu ərazidə keçirildiyini nəzərə alsaq, İranın bu addımının Azərbaycanı hərbi müdaxilə kimi təhdid olduğu aydındır.

Maraqlıdır ki, İran bu təhdidini yalnız əməli fəaliyyəti ilə deyil, həm də sözlə dilə gətirib. İran dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Bəziləri bu fikri xəritəyə baxıb İranı şirə, onun Gorus-Qafan yoluyla nəqliyyat dəhlizini quyruğa bənzədiblər, Amili həzrətlərinin nə demək istədiyini belə yozublar. Onda belə çıxır ki, İran quyruğun altında olan orqanlarla çox oynamamalıdır. Amili xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib. Zalım oğlu elə bil molla yox, İrana ordu qurmaq üçün təşrif buyurmuş (1894-1920) rus kazaklarının polkovniki (daha sonra — general -mayor) V.A.Kosoqovskidir. Amili cənabları bilməlidir ki, xislətcə onun ölkəsinin ruh əkizi olan Rusiyanın belə bir generalı M.E. Kosobokov (2021), məhz Amili kimilərinin sayəsində hələ də Qafqazdadır.

İranın millətçi fars şovinistləri hind-qaraçı təbirincə haqlı olaraq, hay boş qaraçılarını lülü adlı fars qaraçıları bir anadan qardaş olmalarını tez-tez ortaya qoymağa çalışır. Onları anladıq, bəs bu türk olan ayatullahlar ermənilərlə necə qardaş olublar?

Özü də bu şovinistlər tez-tez güya Azərbaycanın bir İran əyaləti olmasından dəm vururlar. Amma tarix tərsini deyir. İran həmişə Azərbaycanın olub. Bəlkə də cənab Amilinin başı xütbələrə qarışdığına görə unudub ki, Qacar dövlətini içəridən bu «quyruqların» əliylə çökdürəndən sonra Ağalar başqa bir ad vermişdilər. Bir rus-kazaklara xidmət edən mehtər oğlunu isə şah elan eləmişdilər. Bu ölkəyə rəsmi şəkildə İran adı verilməsini də elə bu qondarma Rza şah istəmiş, bu məqsədlə də 1935-ci ildə Millətlər Liqasına yazılı müraciət etmiş, “Persiya” sözünün “İran” sözü ilə əvəzlənməsinə nail olmuşdu. Çünki «bars»ın, yaxud «pars»ın farslara aşağıdan yuxarı heç bir aidiyyatı olmayıb.

Ortada qalır ingilislərin şir simvolları. Meşələrin kralı sayılan şir simvoıunu bu günə kimi yalnız İngiltərə qoruyub saxlayıb. Onu da qeyd edək ki, aslan simvolu bu gün də İngiltərə üçün çox önəmli sayılır. Amma Seyid Həsən Amili həzrətlərinin xütbəsindən sonra canıma cəfa verib bütün ingilis şirlərinin quyruqlarını saydım. Hamısı yerindəydi. Heç quyruqsuz ingilis şirinə rast gəlmədim.

İndi isə keçək quyruq məsələsinə. Dövləti Ali Səfəviyyə və Şah babamızın mirasını, yaxud da Dövlətül-Qacariyyənin Şirlərindən söhbət gedirsə, onun indiki simasını və hətta dinini itirmiş bir rejimə dəxli yoxdur və ola da bilməz. Olsaydı ortadan şiri yox edib rənglərə özgə məna verməzdilər. Yəni yuxuda da Türkü görəndə dodağı uçuqlayan bir rejimin türkə düşmən olanların daim yanında olmasını, Qarabağın işğala məruz ərazilərinin talan edilməsində yer almasını, düşmənlə çiyin-çiyinə durub da məzhəb bir dindaşlarının qətlinə sevinməsini bizlər yaxşı gördük. Yəni türk şirlərinin fars-molla rejiminə bir aidiyyatı olmadığını gördük.

HAMISININ QUYRUQLARI YERİNDƏDİ

Düşündüm ki, bəlkə 15 dekabr 1925-ci ildə Əhməd şah Qacar xaricdə olanda isə Rzaxan özünü şah elan edəndə bəlkə şirin quyruğunu qoparıblar, elə o vaxtdan da İranda qalıb. Amma gördüm ki, yox. 25 avqust 1941-ci ildə İranı işğal edən SSRİ və Böyük Britaniya başçıları Rza Pəhləvini Hitlerlə gizli sövdələşmədə suçlu bilərək onu zorla istefaya göndərmiş, Rza Pəhləvini məcburən Cənubi Afrikaya sürgün etmiş, yerinə isə 22 yaşlı oğlu Məhəmməd Rzanı gətirmişdilər. Britaniyanın razılığı ilə taxta qaldırılan Rza şahın oğlu şahzadə Məhəmməd Rza yeni müqavilələrin imzalanmasına məcbur edilir. 2-ci dünya müharibəsindən sonra da ingilislərin İran siyasəti dəyişmir. Heç o zaman da ortada «quyruq-zad» görünməyib.

İran şahı 1946-cı ilin may ayından sonra Qərbin dəstəyi ilə tədricən özünün varlığını büruzə verməyə başladı. ABŞ-la gizli sövdələşmə əsasında 20 milyon dollarlıq silah-sursat aldı, Böyük Britaniya da gənc monarxa gərəkən yardımı əsirgəmədi. Qərb siyasətçiləri SSRİ-nin Yaxın və Orta Şərqə doğru ekspansiya siyasətinin qarşısını almaq işində İranın önəmli məntəqə olduğunu hesab edirdilər. Qərbdən lazımı dəstək alan şah qoşunları 1946-cı ilin dekabr ayında, Təbriz başda olmaqla, bütün Cənubi Azərbaycan ərazisini silah gücünə və qan gölündə boğaraq təkrar öz nəzarətinə keçirdi.

1970-ci illərin başlanğıcında neft və neft məhsullarının bahalaşması İrana astronomik gəlirlər gətirsə də şah bu neft kapitalını əhalinin maddi rifah halının yaxşılaşmasına sərf etmək əvəzinə sürətlə silahlanmağa yönəltmişdi. Hətta bir dəfə Şahbanu Fərəh Pəhləvi parlament komissiyasının iclasında mədəniyyət və incəsənətin inkişafı üçün əlavə maliyyə vəsaitinin ayrılmasını xahiş edəndə İran şahı ona etiraz edərək demişdi: «Ba kodum saz ma rəftim be cəng?” — (“Biz hansı sazla savaşa getmişik?» Bu söhbətlərdə də ortada o şirin quyruğu yox idi. Sonrası da məlum. Ortada ingilis var, casusu var, amma quyruğu yoxdu.

Soydaşımızdır deyə, Amili yoldaşa ürəyim ağrıdı. Bizə baxma, biz qardaşlarımızı gücümüz yetdiyi qədər qorumağa çalışırıq. Amma o ingilis şirinin quyruğunu tapdalamaq o «ingilis mollalarına» baha başa gələ bilər. Onsuz da ölkə əhalisi Qarabağdan söküntü, Qarabağa mazut, silah, benzin və s. daşıyıb zülüm çəkməkdən, bitli, birəli Haykanuşun it iyi verən yatağına girməkdən beziblər. Heç bu yataqda da «şirin quyruğu» görünməyib.

Doğrusu vərəqlədiyim tarixdə 1951-ci ildə İranın baş naziri vəzifəsinə təyin olunan Qacar nəslindən olan Məhəmməd Müsəddiq ölkəni Qərb asıllığından qurtarmaq və neft sənayesinin milliləşdirilməsi istiqamətində fəaliyyətə başlamasına toxunmasaq doğru olmaz. Bu dəyərli şəxs öz xalqı tərəfindən çox sevilirdi. Müsəddiq 1951-ci ildə «Time» jurnalı tərəfindən ilin adamı seçilir, şəkli jurnalın üz qabığına həkk olunur. Böyük Britaniya İranı iqtisadi cəhətdən çətin vəziyyətdə qoymaq üçün beynəlxalq embarqo çağırışı etdi. Böyük Britaniya donanmasına məxsus döyüş gəmiləri Bəsrə Körfəzinə göndərildi. 1952-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Ədalət məhkəməsi İranın xeyrinə qərar qəbul etdi. Bu artıq, İranın, daha dəqiq desək, Müsəddiqin Böyük Britaniya üzərindəki qələbəsi idi. Bu qərarın ardından iki ölkə arasında gərginlik pik həddə çatdı və 1952-ci ilin noyabr ayında Müsəddiq Böyük Britaniya səfirliyinin bağlanması qərarı verdi. Şirin quyruğu görünməyə başlamışdı, ingilislər, Müsəddiqi babası Qacar kimi rahat devrilməyəcəyini anladılar, çünki xalq onu çox sevirdi.

Britaniya ona görə də ölkədən qovulan fars şahı geri gətirmək məqsədi daşıyan «Ayaks» kod adı verilmiş bir plan işlədi. Britaniya kəşfiyyatı əməliyyatın adını daha sonra «Çəkmə» adlandırdı və bu plana 1 milyon dollar pul ayırdı (O dövr üçün bu, çox böyük pul idi).

Əməliyyat ABŞ-ın eks-prezidenti Teodor Ruzveltin nəvəsi CIA agenti Kermit Ruzveltə tapşırıldı. 1953-cü ildə Ceyms Lockridge pasportu ilə İrana gələn agent Kermit payladığı rüşvət qarşılığında din adamlarını, jurnalist və hərbçiləri ələ ala bildi. Elə həmən ay qəzetlərdə Müsəddiqin SSRİ ilə əməkdaşlığından, cibində komsomol bileti gəzdirdiyindən yazılmağa başladılar. Mollalar məscidlərdə, guya, kommunist olan hökümətin İslam dininə qadağa qoyacağından, məscidlərin dağıdılacağından və İranın məcburən ateist ölkəyə çevriələcəyindən danışmağa başladılar. Din xadimlərinin xəyanət yolundan öz xütbələrinizdə mütləq danışın, ağayi Amili. Özü də Mir Fəttahı da unutmayın. Rus hərb tarixçisi A.V.Şişov 1828-ci ilin fevralında Paskeviçin Peterburqa, Rusiya Qoşunlarının Baş Qərərgah rəisi general İ.İ.Dibiçə göndərdiyi bir raportun mətnini özünün “Qafqaz müharibələrinin sərkərdələri” («Полководцы Кавказских воин») adlı kitabına daxil edib. Qraf Paskeviçin həmin raportunda deyilirdi:

 

“…İranda (mətndə “Persiya” yazılıb) müqəddəsliyi ilə tanınan şeyxül-islam Mirzə Yusifin oğlu Mir Fəttah ağa mömin həyatı və ciddi ədəb qaydaları ilə xüsusi məhəbbət və həmişə onun nəsihət və məsləhətlərinə qulaq asan yerli xalqın etibarını qazanıb .

Hələ bizim qoşunlar Təbrizə girməzdən əvvəl Mir Fəttah ağa ruslara sadiqliyini bildirərək Təbriz sakinlərinə müraciət etmişdi ki, onlar bizə heç bir müqavimət göstərməsinlər və bu şəhərin müqavimətsiz tutulmasında onun da müəyyən təsiri qeyd olunmalıdır.

…Bizimkilərin Azərbaycanda olduğu bütün bu müddətdə müctəhid Mir Fəttah ağa bizim hökumətə məhəbbət və sədaqətini sübut etməkdən yorulmadı. Və bütün müsəlmanlardan yeganə adamdır ki, mən onu Azərbaycan müvəqqəti hökumətinin tərkibinə təyin etdim. O, vergilərin toplanmasında və ordunun təminatında, ümumiyyətlə, öz müraciətləri və nümunəsi ilə bizim tabeliyimizdə olan bütün Azərbaycan ərazisinin tabe olmasına və itaət etməsinə çox kömək etdi. Ona görə də bu vilayətdə olduğumuz 4 ay ərzində nəinki bizim ayrı-ayrı kiçik komandalara qarşı hücumlar olmadı, həm də xalq arasında heç bir narazılıq və ya çaxnaşma baş vermədi…” Bilirsinizmi, bu din xadimi Vətənini neçəyə satmışdı — bir kafirin portreti və 2 min çervona. Paskeviçin Mir Fəttaha yazdığı məktubda deyilirdi: «Təxminən iki həftə sonra, mayın 10-da Paskeviç sevincək Mir Fəttaha məktub göndərir: “İmperator Həzrətləri sizin xidmətlərinizi nəzərə alaraq özünün qızıl suyuna çəkilmiş və briliyantla bəzədilmiş portretini sizə hədiyyə etməyə razılıq verib. Portret hazır olan kimi sizə çatdırılacaq.

…Bundan əlavə Zati Aliləri sizə illik 2 min çervon dəyərində pensiya təyin edilməsinə razılıq verib”. Ruslarınkı isə «şir quyruğu» deyil, vur-tut ayı quyruğu ola bilər…

…İranlılar ikinci dəfə Qacarlar sülaləsindən olan, Fətəli şahın kötücəsi Məhəmməd Müsəddiqi satmağa çox tez razılaşdılar. Ən çətini ölkədən qovulan şahı geri qayıtmağa razı salmaq idi. Şah Məhəmməd Rza sürgün həyatından razıdır və yenidən bütün bu qarışıqlıq içində batan İrana hakim olmaq istəmirdi. Amerika kəşfiyatının onu dilə tutması və sonuna qədər toxunulmazlıq qarantiyası vəd etməsindən sonra Şah çevrilişin ardınca ölkəyə dönəcəyi barədə razılığını verir. Əlində bir «şir quyruğu» elə bu mollaların fətvalarıyla geri qayıdır. ABŞ-ın bu çevrilişdə iştirak etdiyini 2000-ci ildə xarici işlər naziri Meydlin Olbrayt tərəfindən edilən etiraf ilə açıq-aşkar ortaya çıxdı. ABŞ prezidenti Barak Obama 4 iyun 2009-cu il tarixində Misirdə etdiyi çıxış zamanı bu məlumatı rəsmən təsdiqləyib, ABŞ adına demək olar dünyadan üzr istəyir. Yəni əgər mollaların gözünə «şir quyruğu» görünməyə başlayıbsa, deməli İranda vəziyyət yaxşı deyil.

İran ayətullahı Seyid Həsən Amili həzrətləri, Peyğəmbər (s.ə.s.) soyundan gələn Şeyx Əhməd Yasəvi həzrətləri ondan kimliyini soruşan birinə demişdi: «Mən Türkəm və müsəlmanam!» Bu cavaba etirazını bildirən şəxsə verdiyi cavab isə şox mükəmməl və möhtəşəmdi: «Mən milli mənsubiyyətimi Allahdan (c), dinimi isə Peyğəmbərdən (s.ə.s) aldım. Sizcə hansı daha böyükdür?»

Xütbədə «şir quyruğu» ilə oynamaqdansa, belə pirlərimizdən xalqımıza danışsanız daha yaxşı olardı. Ötən əsrdə yaşamış müqəddəslərdən Şeyxülislam Məhəmmədəli Pişnamazzadəni xatırlayın.

Pişnamazzadə vaxtilə “Difai” partiyasının yaradıcılarından biri olub. Din xadimi olmasına baxmayaraq düşmən ermənilərə divan tuturmuş. Təbiət cəhətdən olduqca mülayim, rəhmdil adam olmasına baxmayaraq, onlara qarşı ürəyində qətiyyən rəhm hissi olmayıb. Baş kəsərdi. Qan tökərdi. Bir rus zabiti tərəfindən həbs olunarkən ondan soruşurlar ki, axı sən din xadimisən sənin necə insan qanı tökməyə əlin gəlirdi?

Pişnamazzadə

BİZİM ŞİR

Pişnamazzadə belə cavab vermişdi: «Əgər o dəyyuslar mənim dinimə təcavüz etsəydilər, mən onları Allaha tapşırardım. Çünki hamımızın Allahı birdir. Allah özü onların cəzasını verəcəkdi. Amma onlar mənim millətimə təcavüz ediblər. Millətimi, torpağımı qorumağı isə Allah mənə tapşırıb. Ona görə də onların qanını axıtmağa mənim əlim gəlir. Heç heyfslənmirəm də»…

Amma Xocalıda «şiəsən, müsəlmansan,türksən» deyə qız-gəlinlərimizə təcavüz edənlərə, hamilə qadınların qarnından övladlarını çıxaranlara, ümmətinin və millətinin kəsilmiş başıyla futbol oynayan, müsəlman meyidləriylə körpü salan, Qyrani Kərimi murdarlayıb yandıran, məscidlərində donuz saxlayan bir vəhşi topluma qardaş deyib qucaqlayan, onlara silah və yanacaq daşıyan və 30 illik bu vəhşətə kafircəsinə susan və hətta yerli-yersiz bu işğalda düşməni deyil, bizi suçlayanlar bizdən deyillər. Elə belələri «şirin quyruğundan» nağıllar danışsa daha yaxşıdır…

P.S. Məqalənin hazırlanmasında Azərbaycan və rus mənbələrindən istifadə olunub.

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Mənbə: Fedai.az