Sistem dəyişməlidir! Yasəmən Qaraqoyunlu

07/05/20 1:48

Hər hansı bir siyasi sistem, fəlsəfə, quruluş və söyləmlər İnsan vicdanı ilə ziddiyyətə girirsə, o sistemin yaşamaq haqqı bitmişdir.

Sistemin elementləri sistemin xarakterini əks etdirər. Sistem dəyişməlidir.

Dostlar doğurdanmı siz inanırsınız ki, ölkənin dövlətin millətin pullarını mənimsəyib oğurlayanlar icra hakimləri və ya hansısa komitə və ya nazirlikdir. Məntiqin qızıl bir qaydası var. sistemin elementləri sistemin xarakterini əks etdirər. Heç düşündünüzmü ki, icra hakimləri yox, bütövlükdə bu oğurluq sistemini quranlar çəzalandırılmalıdır.
Qara maskalı KKB(DTK) üzvlərinin İcra hakimlərinə girib axtarış etməsi, kimlərisə həbs etməsi cəzalandırması 37 ci ildə NKVD-KKB nin qara maşınlarla gəlib evlərdən ailələrdən ziyalıları rus bolşevizminin əleyhinə olanları aparması əməliyatına çox oxşayır.
Dostlar, əsl Oğrular, soyğunçular Hansısa İcra hakimləri və ya nazirlər yox, onlardan pul alıb onları vəzifəyə təyin edənlər deyilmi. Dostlar fikrimcə hansısa
İcra hakimləri, nazirlər yox, onlardan pul alıb onları vəzifəyə təyin edən sistem dəyişməlidir.
Bu qara paltarlı KKB (DTK) yə çox da güvənməyin.
Bu KKB dediyiniz Elçibəy hökümətini devirmədimi, omonçulara divan tutmadımı, müxalifətə divan tutmadımı, xalqın yarısının ölkədən qaçmasına səbəb olmadımı, ziyalıların susturulmasına, yaltaqlara çüvrilməsinə nail olmadımı, hamımızı, bütün danışanları narazıları vətən xaini, dövlətçilik düşməni elan etmədilərmi, illərlə bizi bu oğru sistemə boyun əyməyə məcbur etmədimi. Dostlar 30 ildə Azərbaycanı elə öldürdülər ki, bir daha ayağa qalxıb Qarabağı ermıni işğalından azad etməyə gücü çatmasın, ermənilər Qarabağda rahat məskunlaşa bilsin. Ermənilər nəinki Qarabağı, dolayısıyla dövlətimizi belə əlimizdən aldı və bizə divan tutdu. Qarabağın işğalı və millətin sındırılması prosesi paralel getdi dostlar. Bunun necə dəqiqliklə, öncədən planlaştırıldığını və həyata keçirildiyini görmürsünüzmü. Görmürsünüzmü sistem Ermənistanın xeyrinə çalışır. Görmürsünüzmü bu sistem 1920 dən bu günə kimi Ermənistanın qurulmasına güclənməsinə çalışan sistemin və zehniyyətin davamıdır. 1920 dən günümüzəcən bizim ölkəmizdə Elçibəy istisna olmaqla gəlmiş getmiş bütün hökümətlər və KKB Azərbaycanın iradəsinin qırılmasına və Ermənistan qurmağa xidmət etmişdir. Bu sistem erməni diasporuna qalib gələ biləcək bir diasporun qurulmasına imkan vermədi, əksinə həm ölkə içində, həm ölkə xaricində erməniyə savaş aça biləcək bütün gücləri darmadağın etdi. Dostlar bu sistem bizi öz ölkəmizdə, öz içimizdəcə bir bir məhv edir, şəxsiyyətlərimizi sındırır, milli, iqtisadi, siyasi gücümüzü tükəndirir…Sərvətlərimiz xaricə daşınır, millətimiz ac yalavac. Hər şey, millətə qarşı işlənmiş bütün cinayətlər guya dövlətçiliyi qorumaq adı altında həyata keçirilir. Görmürsünüzmü hər yerdə rusbaşlılar, rusdillilər, milliyyəti belə kim olduğu bəlli olmayan qanıqarışıqlar bizə rəhbər təyin edilib. Görmürsünüzmü bunlar hamsı türk millətinin düşmənləridir. Niyə bütün bunlara icazə veririk, axı niyə.
Bütün zamanlarda KKB millətimizə qarşı həyata keçirilən cinayətlərin və bu proseslərin iştirakçısı olmuşdur, Təşkilatçısı olmuştur.
Bu KKB bu ölkəni bu milləti məhv edən, sındlran gücləri qorumadımı. Bu KKB nə qədər millidir, nə qədər bu millətin maraqlarını qoruyur, bu özü bir sualdır bu gün. Ölkəmizdə 80 min Rusiyaya bağlı casus şəbəkəsinin olduğunu görmürmü, iran güclərinin ölkədə təşkilatlandığını görmürmü.
Son aylarda KKB nin icra hakimlərinə, ayrı ayrı komitə və nazirliklərə keçirdiyi bu əməliyyatlara çox da sevinməyin. Onlar imitasiya ilə məşğul olub oğru sistemə məşruluq qazandırmaq, sistemi xilas etmək üçün sadəcə görüntü yaradırlar. KKB nə dövlətə nə millətə xidmət göstərmir, əksinə oğru sistemi qoruyur. Hələ bunu anlamadınızmı.
Guya idarəetmə prinsipləri dəyişir, guya xalqın millətin mənafeləri nəzərə alınır, qorunur və.s. Yalandı hər şey…Bəs ölkədən çıxarılan milyardlatın hesabını kim verəcək. Bəs bizim illərdir haqqımızı yeyənləri kim cəzalandıracaq. KKB əsl oğruları niyə tutmur, niyə cəzalandırmır bəs…KKB əsl oğruların kim olduğunu bilmirmi? Bilib də susursa, bu quruma bu millət etibar edərmi. Bu oyunlara aldanarmı.

Dostlar biz bütövlükdə bu sistemi doğuran, bəsləyən zehniyyəti, fəlsəfəni dəyişməliyik. Dostlar dövlət millətindir, onu heç kim, heç bir qurum millətin əlindən ala bilməz. O milləti ayağa qaldırmalıyıq. Dövlərimizə sahib çıxmalıyıq.

Dostlar sistemin elementləri yox, bütövlükdə sistem özü dəyişməlidir. Dostlar bu sistem Azərbaycan xalqından güclü deyil, Azərbaycan xalqına əsgərinə ziyalısına milli maraqlarına cinayət işləmiş bir sistemdir, qatil oğru və cinayətkar bir sistemdir, cəmi 700 min dəstəkləyicisi var. Lakin Azərbaycan xalqı 10 milyondur və əgər bu 700 minlik dəstəkləyicisi olan oğru sistemi dəyişdirməyə qadir olmasa, bəs 15 milyonluq dünya ermənilərinə qalib gəlib Qarabağı necə işğaldan azad edəcək.. Heç düşündünüzmü bunları. Düşündünüzmü ki, sistemin elementlərini yox, sistemin özünü dəyişməlisiniz. Düşündünüzmü ki, Qarabağı almaq 2 milyon qaçqının haqqını bərpa etmək bu sistemi dəyişməkdən keçir. Qarabağın açarı Azərbaycanda, Bakıdadır. Qarabağın açarı Xalqdır. Dostlar..