Son 2 gündə Bakı metrosunda ikinci İNTİHAR CƏHDİ

01/12/16 9:08

Bakı metrosunda intihara cəhd edən şəxsin adı açıqlanıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, intihara cəhd edən şəxs 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğludur.  Hazırda onun vəziyyəti qənaətbəxşdir. İntihara cəhd edən şəxs maşinistin sayıqlığı nəticəsində sağ qala bilib.