ABŞ-da sular durulmur. ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəldiyi gündən bu yana hər yeni gün fərqli xəbərlərlə dünya gündəmindəki yerini qoruyur.
Bu dəfə Morning Co adlı TV proqramında aparıcı olan Co Scarboroughun iddiası ABŞ mətbuatını sarsıtdı. Scarborougha görə, ABŞ-ın əsl Başqanı Stiv Bannon və Oval Ofisdən mətbuata edilən sızıntıların arxasında o ad var.
Keçmiş konqres rəsmisi və Morning Co adlı TV proqramında aparıcı olan Co Scarborough cümə günündəki proqramda, Donald Trampın baş strateqi və məsləhətçisi olan Stiv Bannona təkrar-təkrar “Prezident Bannon” deyib. Scarborough, “TIME jurnalı haqlı, ABŞ-ın Prezidenti Stiv Bannondur”. Deyə danışıb.
Co Scarborough proqramda, Donald Trampın siyasətlə bağlı heç nə bilmədiyini, sadəcə, yaxşı çıxış etdiyini söyləyərək “Trampı hər hansı bir məsələ ilə bağlı danışarkən cümlədən cümləyə atdığını görərsən. Bu üzdən hazırda Stiv Bannon Amerika Birləşmiş Ştatlarının Prezidentidir və dünən daha əvvəl heç olmadığı qədər indi məlum olduğunu söylədi,”
Könül Hacıyeva