Son Dəqiqə:Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir birgə Qətər bəyanatı…

09/06/17 4:19

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir birgə bəyanat yaydı. Bəyanatda Qətərdəki 59 nəfər və 12 xeyriyyə təşkilatının terrorla əlaqəli olduğu iddia edilib.

Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Yəmən, bazar ertəsi günü “terrorizmə dəstək verməklə günahlandırdıqları” Qətər ilə diplomatik əlaqələrini kəsdiyini bildirmişdi. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyndə ölkələrinin hava məkanını Qətərə bağlayaraq, Qətərli diplomatların 48 saat ərzində ölkələrindən ayrılmasını istəmişdi. Qətərə qarşı aparılan diplomatik mühasirəyə Maldiv Adaları və beynəlxalq İctimaiyyət tərəfindən legitimliyi tanınmayan üsyançı general Xəlifə Hafter dəstəkçisi Liviya Tobruk hökuməti ilə Mavritaniya da iştirak edir.

Könül Hacıyeva
.