Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin olunub. Bu ölkəmiz üçün hansı yeniliklərə səbəb olacaq???

27/04/17 4:17

Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, prezident Nursultan Nazarbayevin sərəncamına əsasən Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktobe İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq.

Sessiyada çıxış edən Qazaxıstan prezidenti bildirib ki, bütün qazaxlar və Assambleya həmin şəxsləri tanıyır: “Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrinin müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.

Qazaxıstan Respublikası Prezidenti yanında məşvərətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək verməkdir. Assamиleyanın sədri ölkə prezidenti Nursultan Nazarbayevdir.

Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Əbilfas Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

 

Könül Hacıyeva