Stoltenberq: “Kreml sərhədlərində az NATO istəyirdi? Daha çox NATO alacaq!

20/02/22 7:27

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya tərəfinin öz sərhədlərində alyans qüvvələrinin mövcudluğunu azaltmaq istəyi əks effektə gətirib çıxaracaq. RİA Novosti xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında bildirib.

Onun sözlərinə görə, hazırkı böhran transatlantik münasibətlərin Avropanın təhlükəsizliyi üçün əhəmiyyətindən xəbər verir. Stoltenberq NATO-nun müdafiə funksiyasına malik olduğunu və blokun heç kimə, o cümlədən Rusiyaya təhlükə törətmədiyini də vurğulayıb.

Baş katib: “Əgər Kremlin məqsədi sərhədlərində daha az NATO görmək istəyirsə, o, daha çox NATO qarşısına çıxacaq”, – bildirib.

O əlavə edib ki, alyans üzvlərini qorumaq üçün lazımi tədbirlər görəcək və Rusiya bloku parçalamaq istəsə, o “daha ​​da birləşəcək”.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir