Suriyada daimi sülhün yol xəritəsi… Maddələrilə…

03/01/17 11:18

 

Türkiyədəki qaynaqlara və “habərturk” mediya quruluuna istinadən Transqafqaz.com saytı Suriyaya dair Türkiyə ilə Rusiyanın hazırladıqları “Suriyada keçici sulhun şərtləini” özündə ehtiva edən sənədi təqdim edir.

Suriyada daimi sülhün yol xəritəsi
1. Tərəflərdən heyətlər 16 Yanvara qədər müəyyənləşəcək.
2. 23- Yanvarda Astana Sammiti BMT-nin də iştirakı ilə keçiriləcək.
3. Ən qısa zamanda yol xəritəsi hazırlanacaq və siyasi keçid başlanılacaq.
03 Yanvar 2017

30 Dekabrda Türkiyə və Rusiyanın himayədarlığı və qarantisi ilə Suriya rejimi və müxalifət arasında imzalanıb. Müqavilənin adı, “Suriya böhranının həll edilməsində siyasi müzakirələrin başlaması üçün heyətlərin formalaşdırılması” kimi müəyyənləşdirilib. İki səhifə və 5 maddədən ibarət olan müqavilə mətninin giriş hissəsində, “Tərəflər, 30 Dekabr tarixindən etibarən düşmənçiliklərin azaldılması və böhranı sülh şəraitində həll etmək üçün öhdəlik altına girirlər” ifadəsinə yer verilib.

YENİ SURİYANİN PARAMETRLƏRİ

Suriya böhranının hərbi yolla həll edilməsinin mümkün olmadığı vurğulanan müqavilə mətnində, “Tərəflər, 2012 ci ildəki Cenevrə Bəyannaməsi və BMT-nin Təhlükəsizlik Şurasının 2254 saylı qərarı əsasında, siyasi keçid prosesinin sürətli bir şəkildə başlaması üçün hazırlıqlar edəcəkdir” deyilir.
Mətndə, kompromis ilə formalaşacaq “yeni Suriya” dövlətinin parametrlərinə işarə edilərək, “Suriya dövlətinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət içində Suriya xalqının maraqlarını qoruyacaq, axan qanı dayandıracaq, dövlət hakimiyyətini təmin edəcək, Suriya xalqının bütövlüyünü əhatə edəcək bir dövlət quruluşu olacaq” ifadələrinə yer verilib.

23 YANVARDA ASTANA SAMMİTİ
Müqavilənin 5-ci maddəsi, 16 Yanvar 2017-ci il tarixinə qədər tərəflər, Suriya böhranının dinc şəkildə həll edilməsi və siyasi keçidin təmin olunması məqsədilə tərəflər öz nümayəndələrini təyin edəcək. Tərəflər, 23 Yanvar 2017-ci ildə Birləşmiş Millətlərin də iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada görüşəcək. Ortaq çalışmanın sonunda tərəflər, Suriya böhranının həlli üçün qısa müddət ərzində bir yol xəritəsi yaradacaq. Tərəflər, (Rusiya və Türkiyənin) dəstəyi ilə çalışacaq. Saziş, müxalifət və Suriya dövləti nümayəndələri tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Transqafqaz.com

Q.Muxtarlı