Təhlükəsizlik Şuraları katiblərinin iclası

25/10/23 12:10

Daşkənddə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 2-ci iclası keçirilib.

İclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov təmsil edib.

Tədbir iştirakçıları regional gündəlikdəki mühüm məsələləri, o cümlədən təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər bir sıra regional və beynəlxalq problemlərin türk dünyasına mümkün təsiri barədə də fikir mübadiləsi aparıblar.

İclasda qəbul edilmiş qərarların icrası üçün işçi qrupunun yaradılması və “yol xəritəsi”nin hazırlanması barədə də razılıq əldə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir