Təhsil sahəsində yaxşı nümunə əslində Tərtərdən başlanıb…

20/12/19 4:23
Bu hər şeydən əvvəl Təhsil Nazirliyinin islahatçı iradəsinin nümunəsi və bu prosesin davamlı olacağının göstəricisi idi.
Təhsil Nazirliyinin Tərtər Rayon Təhsil Şöbəsinə biliyi, bacarığı, keçirilən imtahanlarda topladığı yüksək balla, Azərbaycan övladlarının təhsil məsələlərində daima prinsipial mövqeyi ilə seçilən Yaşar Məhərrəmovu müdir təyin etməsi sıradan bir hadisə kimi qiymətləndirilmədi. Bu hər şeydən əvvəl Təhsil Nazirliyinin islahatçı iradəsinin nümunəsi və bu prosesin davamlı olacağının göstəricisi idi. Xüsusən də belə həssas bir prosesə Dağlıq Qarabağ savaşının episentri olan Tərtər kimi həssas bir bölgədən başlanması xüsusilə diqqətəlayiqdir.
Amma Tərtərdə bu hadisə ağlı başında olan, millətinin, elinin, obasının inkişafını görmək istəyənlər Yaşar müəllim kimi bir prinsipial islahatçını sevərək qarşılamalı idi.  Təəssüf ki, illər boyu bu rayondakı tədris müəssisələrində kök salmış bir dəstdə öz mövqelərini əldən verməmək üçün müqavimətini bütün gücü ilə davam etdirirlər. Tərtər Rayon TŞ -nin müdiri kimi Yaşar müəllimin təyin olunduğundan az bir müddət keçməsinə baxmayaraq rayon təhsilində əmələ gəlmiş canlanma barədə, sosial şəbəkəyə açıq paylaşımlar nəinki rayon miqyasında, hətta bütün Azərbaycanda əks-səda yaratmışdı. Bu dediklərimi şükürlər olsun başqa rayonlarımızda olan həqiqi müəllimlər obyektiv olaraq bölüşür, hətta yenilik kimi A-4 pulu, odun pulu, əsassız yerə pul yığmalar və.s neqativ halların aradan qisməndə olsa qalxdığını dilə gətirirdilər. Əslində Təhsil sektorunda inqilabi islahatlara Təhsil Nazirliyi Tərtədən başlamışdır. Biz də millət olaraq bu təşəbbüsləri müdafiə etməli, prosesin dərinləşməsində, bütün Azərbaycanımızı əhatə etməsində  maraqlı olmalıyıq. Ona görə ki, Azərbaycanımızın xilası bundan keçir. Biz bu vətəni, Azərbaycanımızı inkişaf etdirməliyik, onun yolu Yaşar müəllimin başlatdığı bu işdən keçir. Bu yolda üzərimizə düşən isə heç nədən çəkinmədən Yaşar müəllimə dəstək olmaq, onun başlatdığı həqiqətin yanında olmaqdır. Neçə il bundan əvvəl də Yaşar müəllimin haqqın yanında olduğunu sübut edən bu video paylaşanlar isə özləri də bilmədən bu proseslərə ciddi bir xidmət etmiş oldular. “Danışıb özlərini göstərdilər, tanıtdılar”.

Qələndər Muxtarlı