Tərtədən Gimbutun əməllərini xatırladan, şikayətlər Azərbaycanı bürüyür, Amma heç kim heyrətlənmir..Video

05/09/20 1:04
Tərtədən insanların şikayətləri artıq fəyada çevrilir və eynən Çar işğal rejimində yuxarıda deyilən kimi.
Azərbaycan xalqının tarixində istismarçı qarətçi, quldur xislətli əyalət rəhbərləri. işğal rejiminin nümayəndələri olub. Onlardan ən amansızı 1830-cu illərdə Car – Balakən vilayətinin idarə edən general Bekoviç-Çerkasski,Quba üsyanını1837-ci ildə çar hökumətinin “ən pis nümayəndəsi” sayılan polkovnik Gimbutu xatırlamaq olar. Bu üsyanların səbəini ayırd etmək üçün Zaqafqaziyaya göndərilən fligel-adyutant İ.Vasilçikovun baron P.V.Qana məlumatında deyilirdi ki, “Hazırda komendantlar bütün hakimiyyəti öz əllərində cəmləşdirmişlər. Mükəlləfiyyətlər onlar tərəfindən qoyulur, şəhərdə və əyalətdəki polis hissələri onlara tabedir, istintaq onların əmri ilə həyata keçirilir və həll edilir. Vergiləri də onlar müəyyənləşdirirlər. Komendantlar rəhbərlik etmək işi üzrə heç bir qayda-qanuna tabe deyillər.
Tərtədən insanların şikayətləri artıq fəyada çevrilir və eynən Çar işğal rejimində yuxarıda deyilən kimi.
-Bu camaata qan udduran, iki şəhidi olan ailənin Nazlı Mehtiyevanın 250 hektar torpağını yağmalayıb talançılıq edən Mütəllim Məmmədov bu qüdrəti İcra Başçısı statusundanmı alır? 
-Dövlət İcra Hakimiyyəti orqanlarına bu qədərmi səlahiyyət verib?
-Tək bir video materalda 3 ailənin eyni məzmunda başına açılan ” Vətəndaşlara məxsus torpaqlarını zorla başqa adamlara satmaq, mənimsəmək kimi oxşar əməllər təsadfi ola bilməz axı?
-Tərtərdə əhali daha nələrdən fəryad edir? və daha  Nə baş verir?
Tərtərdə baş verənlər barədə ətraflı növbəti araşdırmalarımızda və yazılarımızda…
https://www.youtube.com/watch?v=PuJWXCLIoMI
Transqafqaz.com
Toğrul Lətifoğlu