Tərtər işi üzrə hökm oxundu.

29/11/23 9:41

Tərtər işi üzrə həbs edilən bir qrup keçmiş hərbçiyə hökm oxunub

Polkovnik Vüsal Ələsgərov, polkovnik-leytenant Rəşid Niftəliyev, uzunmüddətli hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Yada salaq ki, dövlət ittihamçısı V.Ələsgərovun 10 il, R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir