Tərtər rayonu Seydimli kəndi:  Seydimli toponiminin (Yer adı) açılışı barədə …

26/08/18 2:24

Tərtər rayonu Seydimli kəndi:  Seydimli toponiminin açılışı barədə

                                                         I  yazı

Seydimli toponimi kənd adı olaraq Azərbaycanda təkdir. Ancaq Türkiyə ərazisində bu adda yer adı vardır. Türkiyənin Çorum şəhərinin mərkəz köylərində Seydim kəndi vardır və bu gün də əhali o kənddən olanlar özlərinə Seydimli+lər deyirlər.

Yer adları, toponimlər, etnotoponimlər, onların yaranması maraqlı qürurverici bir ünvan olmaqla orada yaşan insanın öz adı qədər də ona doğmadır, əzizdir. Seydimli  yer adı, toponimi ilk öncə İslam dini ilə bağlı yaranan antroponimdir. Seyid+lər, Məhəmməd+i, Mehdi+li,İsmayıl+lı, Əhməd+li, Nəbi+lər və.s antrotoponilmlərdə olduğu kimi. Seydimli toponimi kənd adı olaraq Azərbaycanda təkdir. Ancaq Türkiyə ərazisində bu adda yer adı vardır. Türkiyənin Çorum şəhərinin mərkəz köylərində Seydim kəndi vardır və bu gün də əhali o kənddən olanlar özlərinə Seydimli+lər deyirlər.

Seydimli , “Seydim”sözünün anlamı qədimdənTürklərdə işlədilən “Əfəndi” yəni sünni din adamına, oxumuş birisinə, aydına hörmət əlaməti olaraq verilən ləqəbdir. Seydim sözünün, toponiminin mənası da Əfəndiyə bərabər tutulan bir anlam, məna daşımışdır.Ä°lgili resim

Çorumda yurd olaraq 5000 min dirhəmə satın alan sonradan Seydimli kəndi adlanan yeri, Seydim Sultan kimi tanınan Seyid Murad Çələbi olmuşdur. O, əslən Xorasandan idi və öz dövrünün ən çox mürid (tərəfdar)sayına mənsub olan “ərənlərindən” (yəni mənliyindən ayrılımış ,öz varlığından keçmiş Övliya, Vəli) idi. Böyük kəramətlərə malik idi. Seydimli kəndinin mənəvi gözətçisi hesab edilirdi. Rəvayətlərə görə Seydimli kəndinə bəd niyyətlər girməzmiş, girsə belə o kənddən çıxa bilməzmiş. Onun yurd olaraq yaratdığı Ovalığa, Seydimliyə gəlişi tarixi mənbələrdə 1367-ci illərdən evvələ gedib çıxır. O, kənddə Cami tikdirmiş, böyük sahələr almış, Təkkə və zaviyələr qurmuş, ətraf əhalinin himayəçisi rolunda çıxış etmişdir. Çorumda əsrinin ən böyük Şeyxi olmuş hökümətlə baş –başa gələcək qədər ətraf(mürid) toplaya bilmişdir.Seyid Murad həzrətləri Veysəl Karani sülaləsindən gəldiyi barədə Əli İzzət Əfəndinin “Təzkirey-i makamat” adlı əsərində bldirilir. Seyid Murad qısaldılaraq “Seydim” şəklinə düşmüş, o soya, kəndə mənsub əhali də Seydimli olaraq tanınmışdır. Onun böyük oğlu Həsən Çələbidir. O da dövrünün ən böyük Ərənlərindən, Vəlilərindən olmuşdur. Seydimlidə onlara məxsus iki nüfuzlu Türbə qəsəbə və ətraf əhalinin ziyarətgahına çevrilmişdir. Seydimli Şeyxinin ən görkəmli təşviqçilərindən biridə Övliya Çələbidir.evliya çelebi ile ilgili görsel sonucu

Seydimli şeyxləri Osmanlı sarayında da böyük nüfuza sahib olub Padişahın diqqətini çəkmiş, onlar xalqa doğru yol göstərən “könül dostlarından olan”, ərənlərdən bilinmişlər. Çorumun hal-hazırda əhalisinin sayı 600 mindən artıqdı. Seydimli əhalisi Çorum-Ankara arasında olan ərazidə məskunlaşıbdır.

Seydimli kəndi ile ilgili görsel sonucuSeydimli kəndi ile ilgili görsel sonucu

Azərbaycanda Tərtər rayonunun Seydimli kəndi barədə tarixi mənbələr nə deyir.? I Şah Abbas dövrünün tarixi hadisələrini işıqlandıran o, dövürn ictimai- siyasi proseslərinə işıq salan və əsas mənbə hesab edilən İsgəndər bəy Münşinin “Tarix-i aləm alari Abbasi” yəni (Dünyanı bəzəyən Abbasın tarixi) adlı əsərdən bəlli olur ki,

Göran ərazisindən aralı, Tərtər cayı sahilində Seydim+li Şeyxi məhşur idi.

Ardı var…

Qələndər Muxtarlı