İki ölkənin nümayəndə heyətlərinə Türkiyə və İran Xarici İşlər nazirlərinin müavinləri Sedat Önal və Əli Bağeri Keni başçılıq edirdi.
Türkiyə və İranın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr 8 oktyabr, cümə günü Ankarada keçirildi. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yazılıb.
Tərəflər ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Suriya, Əfqanıstan, Qafqaz və Yəməndəki vəziyyətə vurğu edərək regional və beynəlxalq gündəmin aktual mövzularını da müzakirə etdilər.
İki ölkənin nümayəndə heyətlərinə Türkiyə və İran Xarici İşlər nazirlərinin müavinləri Sedat Önal və Əli Bağeri Keni başçılıq edirdi.
Transqafqaz.com