Gorus-Qafan avtomobil yolunun Şurnux və Karmrakar ərazisindəki hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfdən bağlı olaraq qalır. Bu barədə “Sputnik Ermənistana” Şurnux kəndinin başçısı Akop Arşakyan məlumat verib.
Cümə axşamı səhər bir sıra Telegram kanalları azərbaycanlıların avtomobil yolunu açdıqlarını yazmışdı. Arşakyanın fikrincə, bu xəbərlər reallığa uyğun gəlmir.
Rusiya sərhədçilərinin iştirakı ilə Azərbaycan tərəfi ilə danışıqlar davam edir. Kənd başçısının sözlərinə görə, ərazidə mülki maşın yoxdur.
Qafan-Gorus avtomobil yolunun Karmrakar-Şurnux hissəsi avqustun 25-də saat 23:00 radələrində Azərbaycan hərbçiləri tərəfindən blokadaya alınıb. Yaxınlıqdakı avtomobillər təxliyə edilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti magistral yolda hərəkətin bərpası üçün işlərin aparıldığını bildirdi.
Erməni KİV-in məlumatına görə: “Müdafiə Nazirliyi 1-ci Ordu Korpusuna həyəcan siqnalı verdi. Ordu 1 nömrəli döyüş vəziyyətinə gətirildi”
Azərbaycan rəsmi orqanları tərəfindən bu barədə hələ ki, heç bir açıqlama verilməyib
Transqafqaz.com