“İranın Azərbaycana etirazının nə hüquqi qüvvəsi, nə də siyasi əhəmiyyəti yoxdur. Çünki Azərbaycan müstəqil ölkədir və istənilən ölkədən silah ala bilər.”
Avropa.info xəbər verir ki, bunu Nyu-Yorkun Haninqton Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, əslən iranlı Mənsur Fərhəng deyib.
İranlı professor bildirib ki, İran Azərbaycanla qarçıdurmaya getmək gücündə deyil.
“İran Azərbaycanla qarşıdurmaya getsə, Türkiyə ilə qarşılaşmalı olacaq ki, Ankara ilə qarşıdurma Tehran üçün arzuedilən deyil”.
Mənsur Fərhəng qeyd edib ki, İranın Azərbaycana etirazının nə hüquqi qüvvəsi, nə də siyasi əhəmiyyəti yoxdur.
“Rəsmi Tehran özü İran-İraq savaşında İsraildən silah alırdı, ancaq bunu gizli saxlayırdı. İndi nə haqla Azərbaycana etiraz edir”, – deyə iranlı professor sual edib.