Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyi”ni tanımaq barədə fərman imzalayıb.
Rusiya Prezidenti Vladimir Putin silahlı qüvvələrə “dxr” və “lxr”də sülhün qorunmasını təmin etməyi tapşırıb.
Bu barədə qərar dövlət başçısının imzaladığı fərmanda əksini tapıb.
Fərmanın 3-cü bəndinə əsasən, müqavilə imzalanana kimi Rusiya Federasiyası Silahlı Qüvvələri Luqanskın ərazisində sülhməramlı funksiyalarını yerinə yetirəcək.