Təcili: Türkiyə və ABŞ vətəndaşlarını Əfqanıstandan təxliyə edir.

21/08/21 1:09

ABŞ və Türkiyə Əfqanıstanın paytaxtı Kabildə təxliyə əməliyyatları başladıblar.

Əfqanıstan “Taliban”ın əlinə keçdikdən sonra vətəndaşlarını ölkədən çıxarmağa başlayan Vaşinqton rəhbərliyi təxliyə prosesini yaxından izləmək üçün bölgədə “RC-135” tipli casus təyyarələri havaya qaldırıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-18” döyüş təyyarələrinin də təhlükəsizliyi təmin etmək üçün Kabil Hava Limanı ətrafında uçduğu bildirilib.

Digər tərəfdən, Türkiyə də vətəndaşlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bir müddət əvvəl Əfqanıstana sağlamlıq turizmi üçün gedən 5 türkiyəli köməksiz qaldıqları Kabil şəhər mərkəzindən Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən təxliyə üçün Həmid Kərzai Beynəlxalq Hava Limanına gətirilib.

Transqafqaz.com