Tərtər rayon Mərkəzi Xəstəxanasının Baş Həkiminin müavini Mətanət Hüseynzadə barəsində deyilənləri təkzib edir

27/12/19 8:22

Mətanət xanım bildirir ki, barəsində yazılan məlumatlar həqiqəti əks etdirmir və bu yazılanları, şounu düzəldən maraqlı şəxslərin kimliyini yaxşı bilir. Hətta artıq yerimə kimin hazırlandığını belə bilirəm, məlumatlıyam.

Hazırda Bakı şəhərindəyəm. Bu baş verənlərlə əlaqədar vəkillərimlə məhkəməyə sənədləri hazırlayırıq. Barəmdə irəli sürülən məqamları mübahisələndmək və  məhkəmə qaydasında həll olunmasını istəyirəm.Heç kim unutmasın ki, mən 20 ildən artıq bir dövrdə Tərtər rayonu kimi odun-alovun, Qarabağ savaşının episentrində həkimlik etmiş, Aprel döyüşlərində fəaliyyətinə görə  ”Vətən naminə” medalına təltif olunan həkiməm.Vəkillərimlə prosesin gedişatı barədə əlavə məlumat verəcəyəm.

Related image

Transqafqaz.com