Və ya çörəyi sudan çıxanlar
Qələndər Muxtarlı
Tərtər rayonu ən strateji mövqeyi və əhəmiyyəti olan cəbhə bölgəsidi. Dogrudan da hakimiyyətdəkilər torpagı vətən bilirlərsə hər cür təhlükəyə rəgmən dayanan əhalinin qaygısına da qalmalı idilər. Milyardları hara gəldi xərcləyən “səxavətli” iqtidar sərhəd bölgəsinin əhalisi üçün güzəşli, imtiyazli qərarlar qəbul edə bilərdimi ki, insanlarımız torpaga daha ürəkdən baglansın. Türkiyədə sadə Köylülərin bir neçəsinin evlərində təsadüfən rast gəldiyim böyük Atatürkün “Sizərə verdiyim güvənlikdən yana mutlüyam” şuarı xüsusi ramkanın içində müqəddəs bir şəkil kimi əzizlərinin portretindən də görkəmli yerdə asilmışdı. Çünki buranın insanı babalarının qurdugu dövlətin onlara münasibətindən yaratdıgı şəraitddən güvənli olmalarından qürur duyurlar. Amma dünyaya qaz verən, yanacaq verən vətənin köylusu hər an düşmən snayperinin gülləsinə tuş gələ biləcəyinə rəgmən qazdan, sudan niyə əziyyət çəkməlidi? 2013 ilin sonuna kimi hər yeri güya qazlaşdiran rejim, Sovet dövründə belə qazı suyu olan bu kəndlərə nədən bunları eləmir? Cənab rejim mənsubları! Əyər kəndli min bir əzab əziyyət bahasına əkdiyi tərəvəz , agac, məhsul susuzluqdan gözü önündə gündən günə necə tələf oldugunu görürsə sizcə nə etməlidi? Sizin barənizdə nə düşünməlidi? Erməni suyu buraxmır. Qışda Tərtər Çayının suyunu Ermənı işgalında olan və TƏRTƏRDƏ70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Sərsəng su anbarından açıb buraxılır. Çünki qışda bu su kəndliyə lazım deyil. Yay vaxtı isə suyun bölgə üçün həyati əhəmiyyət daşıdıgı vaxt Tərtər çayının suyu Sərsəng su anbarına yıgılır və həyat demək olar ki məhv edilir. Bu düşmənin su siyasətidi. Çünki duşmənimiz dünyanın ən mündar düşmənçilik aparan xalqıdır. Lakin torpgının sərvətindən dunyaya pul buraxan, adalar alan,Şərqi Avropanın ölkələrini böhrandan çıxaran bir iqtidar üçün su artezanları vurmaq, sərhəd kəndlərinin əhalisinə güzəştlər etmək, cüzi pul buraxmaq, heç olmasa güzəştli şərtlərlə kəndlilərin özlərinin bunu etmələri üçün kreditlər və s. nələrisə etmək mümkündür axı? Azından bunların çörəyi indi daha çox sudan çıxırdı.
Müəllimə az maaş verirsiz bunu başa düsduk ki, xüsusi siyasətdi. Amma onuda başa düşürük ki,heç olmasa aldıgı maaşın başına min bir oyun açmaq şərti ilə müəllimləri bankların cənginə verib o, cüzi maaşı da bank faizi adı ilə geri alirsiniz. Dünyada ən az təqaüd alan tələbə Azərbaycan tələbəsidi bunuda başa düşdük. Amma Tərtərin sərhəd kəndlisinə də heç olmasa nələrisədə edin ki, Arezanı özü vurdurub, heç olmasa min bir əziz xatirəsi yasayan agacını, həyətini, arzusunu susuzluqdan qorusun. Onlar:- Tərtər kəndliləri sizin bu şəraitdə milyarddar qazanmanızdan yana düşmənə sipər kimi dayanıb. Onlar şəhid verib, döyüşüb qoruyub bu vətəni. Hakimiyyətin belə davrannışına rəgmən Tərtər kəndlisinin bunu kim və niyə edir, sualına cavab vermək bəlkə sizə çox asan gəlir?