Tacikistanın müdafiə naziri N-saylı hərbi hissədə olub.
Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfər çərçivəsində N saylı hərbi hissədə olub.
Nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlığı prosesi barədə ətraflı bildiriş verilib.
Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət, silah-sursat və hərbi texnika üçün yaradılmış şəraitlə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarına baxıblar.