Taliban Əfqanıstanın 80% ərazisinə nəzarət edir.

09/08/21 12:18

Əfqanıstanda Taliban tərəfindən ələ keçirilən şəhərlərin sayı 5-ə çatdığı vaxt ABŞ Prezidenti Co Baydenin bu ölkədən geri çəkilmə planını eyni şəkildə davam etdirəcəyi bildirilib.

“Nyu-York Tayms” qəzeti Ağ Evin Əfqanıstan planına yenidən baxmağı planlaşdırmadığını yazıb.

Məqalədə qeyd edilib ki, geri çəkilmə qərarından imtina etməyən Vaşinqton Talibanın ələ keçirdiyi Qunduz şəhərində baş verənləri yaxından izləyir. Talibanın mövqelərinə yalnız məhdud hava zərbələri endirildiyi, amma bundan daha geniş addımların atılacağının gözlənilmədiyi vurğulanıb.

Qəzetə danışan bir ABŞ rəsmisi təxminən 650 Amerika hərbçisinin Əfqanıstanda qaldığını və geri çəkilmə planının müəyyən olunduğu kimi davam etdiyini bildirib.

Tahar əyalətinin mərkəzi olan Taluxan şəhəri də Taliban tərəfindən ələ keçirildikdən sonra Əfqanıstanın hökumət qüvvələrinin taliblər qarşısında itirdiyi əyalət mərkəzlərinin sayı 5-ə çatıb.

Taliban Əfqanıstan ərazisinin 80 faizindən çoxuna nəzarət etdiyini iddia edir.

Transqafqaz.com