Taliban döyüşçülərinə qarşı əməliyyatlarını davam etdirən Əfqanıstan Hərbi Hava Qüvvələri ABŞ-ın da yardımı ilə bazar ertəsi müxtəlif əyalətlərdə Taliban sığınacaqlarına hava zərbələri endirib.
Əfqanıstan Müdafiə Nazirliyinin öz rəsmi Tvitter hesabında qeyd etdiyinə görə, ötən gün Hilmənd və Qəndəhar əyalətlərinin müxtəlif sektorlarına endirilən hava zərbələri nəticəsində 100-dən çox döyüşçü öldürülüb.
“Bundan başqa, 2 sığınacaq, 1 maşın, 2 ağır silahlı texnika məhv edilib”, – deyə Əfqanıstan Müdafiə Nazirliyi bildirib.