Amerikalılar İsraillə əlaqəli tankeri azad etdilər
ABŞ Hərbi Dəniz Qüvvələri bazar günü, noyabrın 26-da naməlum silahlı şəxslər tərəfindən Yəmən sahillərində ələ keçirilən tanker Central Parkı azad edib. Tanker israilli iş adamı Eyal Oferə məxsusdur. Bu, bazar ertəsi, noyabrın 27-nə keçən gecə məlum olub.
Buraxılışın təfərrüatları verilməyib. “Fox News” telekanalı xəbər verir ki, ABŞ-ın “USS Mason” esminesinin ekipajı Yaponiya Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə qaçmağa cəhd edən dəniz quldurlarını saxlayıb. Onlar indi piratlığa qarşı mübarizə çərçivəsində ABŞ ordusu tərəfindən dindirilir.
Məmmədli Ömər