TEHRAN MÜNAQİŞƏDƏN ƏN ÇOX YARARLANAN TƏRƏFDİR

13/11/23 11:55

🇮🇷 The Hill: İran Yaxın Şərqdəki münaqişədən əsas faydalanan ölkədir

Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu, İranın satellitlərinin İsrailə və Qərbə qarşı müharibəsinin kulminasiya nöqtəsi oldu, belə ki, Tehran “Yaxın Şərq düzənini öz xeyrinə yenidən formalaşdırmağa” çalışır. Bu barədə Amerikanın aparıcı və nüfuzlu siyasi nəşrlərindən biri olan “The Hill” yazır. Qeyd olunur ki, İran rejimi HƏMAS-dan istifadə edərək İsrail ərazisində “ən dəhşətli terror aktı” həyata keçirməklə bir çox strateji və taktiki məqsədlərə nail olub:

▪️ Səudiyyə-İsrail normallaşma prosesini relsdən çıxartdı və “İbrahim razılaşması” kimi tanınan ərəb-İsrail sülh təşəbbüsünü genişləndirmək səylərini zəiflətdi;
▪️ Türkiyə-İsrail münasibətlərinin ləng bərpasına düzəlməz zərər vurdu;
▪️ Təklif olunan Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin neytrallaşdırılmasına nail oldu;
▪️ Yaxın Şərq regionunda 6-ya qədər Çin hərbi gəmisinin olması üçün əlverişli şərait yaradılıb;
▪️ O, dünya ictimaiyyətinin diqqətini nüvə proqramından yayındırıb.

“İbrahim sazişləri” 2020-ci ildə İsrail ilə ərəb ölkələri – BƏƏ, Bəhreyn və Mərakeş arasında diplomatik münasibətlərin qurulması üçün ABŞ-ın dəstəyi ilə imzalanıb. Sudan sonradan bu müqaviləyə qoşulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir