Tehran Rusiyadan Su-35, Mi-28 və YAK-130 alıb

29/11/23 7:21

İran müdafiə nazirinin müavini general Mehdi Fərahi İslam Respublikasının Rusiyadan Mi-28 hücum helikopterləri, Su-35 döyüş təyyarələri və Yak-130 döyüş təlimçiləri aldığını təsdiqləyib.

Bu barədə nazir Tasnim xəbər agentliyinə müsahibəsində bildirib.

“Mən Yak-130 təlim təyyarələrinin, Su-35 qırıcılarının və Mi-28 helikopterlərinin çatdırılması faktını təsdiq edə bilərəm. Bu proses davam edir”, – o deyib.

Departamentin nümayəndəsi əməliyyatın məbləğini, eləcə də çatdırılma müddətini açıqlamayıb.

Agentliyin məlumatına görə, Rusiyadan alınan hərbi texnika artıq İrandadır və istismara verilib. İslam Respublikasının Hərbi Hava Qüvvələri sentyabrda ilk Yak-130 təyyarəsini alıb, Tasnim qeyd edir.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir