İranın Ermənistandakı səfiri
M.Sübhani erməni jurnalistin Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı İran İslam Respublikasının rəsmi mövqeyi nədir? – sualına belə cavab verib:
“Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz”.
“Başqalarını (Qarabağ ermənilərini) öz vətəndaşları hesab edən bir dövlət (Azərbaycan) elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər”.
“Biz də (İran) Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq”.
Bundan bir qədər əvvəl, İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevlə Daşkənddə görüşü zamanı belə fikir bildirib:
“Biz çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq. Biz bu planda əvvəlki kimi, Qarabağın bərpasında Sizə dəstək verməyə, öz xidmətlərimizi, o cümlədən mühəndis-texniki sahədə, təklif etməyə hazırıq”.
Bu barədə saytda başqa bir yazı getmişdi. İndi isə belə fikir söyləyən səfir, bizim onlar haqda olan düşüncələrimizdə nə qədər haqlı olduğumuzu təsdiq edir.
Ömər Məmmədli