🇰🇿 Tokayev 2026-cı ildə Qazaxıstanda keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırmır
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sosial şəbəkələrdə prezidentlik müddətinin referendum yolu ilə mümkün “sıfırlanması” ilə bağlı yayılan məlumatları təkzib edib.
“Mən əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına dəyişikliklərin edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklər etmək məqsədilə aparılmayıb”, – deyə dövlət başçısı bildirib.
Əlavə edib ki, Konstitusiyada birdəfəlik prezidentlik müddəti ilə bağlı müddəa dəyişməzdir.
Məmmədli Ömər