Trafalqar meydanı, Admiral Nelson…fotolar

30/12/23 8:05

III yazı: Trafalqar meydanı, Admiral Nelson

Trafalqar döyüşü əslində Napoleon Bonapartın Fransanı İmperiya çevirmək, dənizdə dünya çapında üstünlük qazanmaq və İngiltərənin dəniz qüdrətini sarsıtmaq üçün Fransız və İspan dəniz qüvvələri ilə İngiltərənin Hərbi Dəniz qüvvələrinin savaşıdır.

1805-ci ildə oktyabr ayının 21-də Trafalqar burnu adlanan yerdə baş vermiş və 39 Fransa -İspan hərbi dəniz qüvvələrinə qarşı 21 hərbi gəmi ilə İngiltərə hərbi dəniz qüvvələrinin qeyri bərabər döyüşü idi.

Admiral Nelson Trafalqar savaşında 21 gəmi ilə düşmən donanmalarının üzərinə hücuma keçir və 21 oktyabr 1805-ci ildə tam parlaq qələbə çalırlar. Nelson bu savaşda ağır yaralanır və ölür. Onun Viktoriya gəmisi  günümüzdə Portsmouth  limanında saxlanmaqdadır.

 

Admiral Horatio Nelson Osmanlı dövlətinin tarixində Osmanlı Sultanından “Osmanlı Nişanı” almış tək şəxsdir. Onun şəkillərində Osmanlı nişanı görünür. Şlyapasındakı almas çələngi də Sultan III Səlim tərəfindən verilmişdir.

İngiltərə höküməti də onun xidmətlərini unutmamış və onu hegemon dəniz dövləti kimi qoruyub saxlayan Nelsonun adına Londonun mərkəzində National Art Gallery-in önündə Trafalqar meydanı yaratmış və çox yüksəkdə  də heykəlini qurmuşlar. Trafalqar meydanından Vestminster sarayına çox da üzün olmayan bir yol gedir. Yolun üstündə İngiltərə baş Nazirinin Dövlət binasının üstündə bayraqları ilə yanaşı Ukraynanın da bayraqları vardır. Bu İngiltərə dövləti və xalqının təcavüzə məruz qalan Ukrayna xalqına dəstəyinin ifadəsi kimi təqdim edilir.

Qələndər Muxtarlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir