Tramp hakimiyyəti qanla təhvil verdi…Amerika haraya gedir?

07/01/21 3:22

ABŞ-da belə bir halın, Konqresə qanlı basqının həyata keçirilməsinin kökündə nələr durur? Belə bir hadisə ABŞ siyasi sisteminin mövcud vəziyyətə cavab verməməsindənmi,böhrandanmı qaynaqlanır? Tramp xarakterli birinin Amerika prezidenti olması bu hadisələrdə nə qədər rol ala bilib? Çünki Amerika siyasi sistemi o qədər güclü idi ki hətta 207 il ərzində beləbir hadisə ilə qarşılaşmamışdı. Amerika cəmiyyəti belə bir halı 1814-cü ildə yaşamış, Amerikanın 3-cü prezidenti Ceyms Medisonun dövründə Konqresə hücum olmuşdu. O zaman 1812-1814-cü illərdə Amerika ilə İngiltərə arasında baş verən müharibə əsnasında ingilislər Konqresə hücum etdilər və Konqresi yandırdılar. Amerika prezidenti Ceyms Medison Virciniyaya qaçmaqla həyatda qala bildi. 207 ildən sonra belə halın amerikalıların özləri tərəfindən Konqres binasına qanlı basqın edilməsi ilə müşayət olunması hansı səbəblərdən baş verə bilərdi?. Təbii ki zaman-zaman belə suallar çox veriləcək. Amma fikrimcə ən maraqlı məqamlardan biri Covid-19 pandemiyası başlayanda dunyada, xüsusən də Amerika Birləşmiş Ştatlarında daha ciddi hadisələrin baş verəcəyi proqnozlaşdırılırdı.

Onlardan:

-Trampın hakimiyyətini qoruya bilməməsi və gedəcəyi;

-Amerikada vətəndaş qarşıdurmalarının baş verəcəyi və Ştatlar arasında qarşıdurmaların güclənəcəyi, hətta Amerikanın bölünəcəyini, bir neçə dövlətə parçalanacağı;

-Dollar hegemoniyasının sona çatmasını,

-Amerikanın super güc kimi mövqelərini itirəcəyi;

-Çinin güclənərək Amerikanın yerini tutacağı

-Rusiyanın bu seçki saxtakarlığında mühüm rol aldığını və.s göstərmək olar.

Baş verənlərlə proqnozlaşdırılanlar arasında bir uyğunluq varmi?