Trampa təhlükəli milyarder rəqib: Blumberq…

29/11/19 9:57

ABŞ-lı milyarder Maykl Blumberq 2020-ci il prezident seçkiləri üçün “Demokrat “ partiyasından namizəd olub.

Unikal.org xəbər verir ki, Trampın “balaca Maykl” deyib kiçiltdiyi milyarder,  Nyu-York un keçmiş bələdiyyə  sədri  prezident seçkiləri üçün rəsmi olaraq  namizədliyini açıqlayıb.

Blumberq “Donald Trampa qalib gəlmək, ABŞ-ı yenidən inşa etmək üçün yarışacağam” ifadəsini işlədib.

Prezidentliyə namizəd bildirib ki, Tramp ölkəyə və onun dəyərlərinə qarşı bir təhdiddir:

“Əgər Tramp seçkiləri yenə qazanarsa, yol açdığı zərərləri düzəldə bilməyəcəyik”.

36 milyard dollarlıq sərvətiylə dünyanın ən zənginlərindən olan 77 yaşlı Blumberq  2003-2013-cü illərdə  Nyu-Yorkun bələdiyyə başçısı olub.

Transqafqaz.com