ABŞ-lı milyarder Maykl Blumberq 2020-ci il prezident seçkiləri üçün “Demokrat “ partiyasından namizəd olub.
Unikal.org xəbər verir ki, Trampın “balaca Maykl” deyib kiçiltdiyi milyarder, Nyu-York un keçmiş bələdiyyə sədri prezident seçkiləri üçün rəsmi olaraq namizədliyini açıqlayıb.
Blumberq “Donald Trampa qalib gəlmək, ABŞ-ı yenidən inşa etmək üçün yarışacağam” ifadəsini işlədib.
Prezidentliyə namizəd bildirib ki, Tramp ölkəyə və onun dəyərlərinə qarşı bir təhdiddir:
“Əgər Tramp seçkiləri yenə qazanarsa, yol açdığı zərərləri düzəldə bilməyəcəyik”.
36 milyard dollarlıq sərvətiylə dünyanın ən zənginlərindən olan 77 yaşlı Blumberq 2003-2013-cü illərdə Nyu-Yorkun bələdiyyə başçısı olub.
Transqafqaz.com