Trampdan Merkelə şok: “Ərdoğan ecazkar bir adam”

16/05/17 5:33

Almanyanın Baş Naziri Merkel ilə ABŞ Prezidenti Trampın arasında baş tutan görüşdə Prezident Ərdoğanın da müzakirə edildiyi müəyyən edilib. Merkel, Prezident Ərdoğanın özü və digər Avropalı liderlər üçün işlətdiyi ağır ifadələri və onu Nasistə bənzətməsini xatırladarkən, Trampın bu gərginlikdən xəbərsiz imiş kimi göründüyü və Ərdoğan üçün “Ecazkar bir adam” ifadəsini işlətdiyi diqqətlərdən qaçmayıb.

“Reuters”-in xəbərinə görə Tramp, Merkel ilə keçirdiyi görüşdə Ərdoğan üçün “Ecazkar bir adam” ifadəsini istifadə edib.

Ağ Ev məsələ ilə bağlı şərh etməyi rədd edərkən, Alman hökuməti də görüşün təbiətinin gizli olduğunu bildirərək mövzu ilə bağlı şərh verməkdən çəkinib.

Transqafqaz.com

Könül Hacıyeva