Tranp Yaxın Şərqdə kimi dəstəkləyəcək?
Yeni seçilmiş ABŞ prezidenti qaynar qazanı xatırladan Yaxın Şərqdə vəziyyəti köklü surətdə dəyişə bilər. Nə Rusiya, nə də Türkiyə özünə rəva bilməz ki, uzun müddət Qərblə neqativ xoşagəlməz vəziyyətdə qalsın. Çünki hər iki tərəfin tutarlı səbəbləri var. 2017-cu il biznes aləminin ən gözlənilməz fiqurlarından Donald Cey Трампın siyasi hakimiyyətə gəlişi ilə əlamətdar olub. Siyasi gələcəyi görənlər bizə kifayət qədər gözlənilməz və sürpriz il vəd edir. Amma ziddiyyətli şəxsiyyət olmasına baxmayaraq, ABŞ-ın yeni prezidentinin fikirləri də, onun ilk addımları da artıq ölkə rəhbəri kimi, güc və qətiyyətlə doludu. Sözsüz ki, onun nitqlərinin effektivliyini yalnız zaman göstərəcək, lakin indi onların bəziləri üzərində düşünməyə dəyər. Məsələn, yeni prezident andiçmə mərasimindən bir neçə gün sonra Benyamin Netanyahu ilə telefon danışığında bildirmişdi ki “qeyd-şərtsiz İsraili dəstəkləyəcək”. Onun deyimi çox dərin mənaları özündə ehtiva edir. Ona saysız-hesabsız təfsirlər etmək olar. Lakin, hər birimizin Yaxın Şərq haqqında heç olmasa cüzi təsəvvürü olduğundan bu sözlərin arxasında nə durduğunu bilirik – “Mən İranın Yaxın Şərqə təsirini hər yolla qarşısını alacam”. Bu fikirləri biləndən sonra təbii sual yaranır;- bu məqsədə nail olmaq üçün ABŞ-ın strateji müttəfiqi kim olacaq, əlbəttə Israildən başqa. lap üzdə olan iki variantı nəzərdən keçirəcəyik. Bu kürdlər və Türkiyədi. Daha doğrusu sözsüz ki, kürdlər və şərti olaraq (daha doğrusu qeyd-şərtlə), Türkiyə. Məsələ isə dünya kimi köhnədir, həmin kürdlərlə Türkiyənin öz problemləri var. Burada Türkiyə iki xətt keçirməlidi. Birinci: Ankara Трамп və onun yeni komandasının Iran və Rusiya ilə koalissiya səylərinə qarşı olacaq. İkinci ABŞ siyasətinə qarşı loyallıq. Bir sözlə, mahiyyət odur ki, Türkiyə kimi seçəcək. Və ya kardinal qərarların adından imtina etsə də, ABŞ və Rusiya arasında manevr etmə yolunu seçəcək. Amma belə yumşaq manevr siyasəti çox cəkə bilməz. Məhz yeni konstitusiyanın qəbulu ilə bağlı referendum öncəsi. Bu, cari ilin aprelində olacaq, ondan sonra Ərdoğana prioritetlər qoymaq lazım gələcək. Aydındır ki, prioritet tərəf ABŞ olacaq. Bunu kim başqa bucaq altında və fərqli görürsə, məsləhətdir ki, görürəm çəhrayı eynəyi çıxartsın. Amma bu, heç də o demək deyil ki, iqtisadi aspektdə Rusiya və Türkiyənin qarşılıqlı münasibətləri kəskin şəkildə pisləşəcək – yox, amma bu eyforiya siyasi ittifaqının strateji tərəfdaşlıq və birmənalı olmayacaq. Amma bu seçiminə görə Ərdoğanı heç kəs qınaya bilməz, çünki başqa halda Türkiyə Suriyaya cevrilmə təhlükəsi var.
Burada, bu tarixi məqamı da unutmaq olmaz ki, Rusiya hadisələri hansı rakusdan izləyəcək. Rus qəlbinin genişliyi ondandır ki , Rusiya bu məsələdə hansı meydanda oynayır. Ümidsizlik anlarda Rusiya Türkiyənin köməyinə gəlir, məsələn, Türkiyə Cümhuriyyətinin yaradılması zamanı. Ümumiyyətlə, ölkələrimizin mövqeləri Qərblə pis münasibətlərin fonunda yaxınlaşır. Həqiqət isə, ondan ibarətdir ki, nə Rusiya, nə də Türkiyə imkan verə bilməz ki, uzun müddət Qərblə xoşagəlməz vəziyyət bu qədər aydın olmayan bir vəziyyətdə davam etsin. Çünki hər iki tərəfin əlində tutarlı səbəbləri var. Rusiya və Türkiyənin yaxınlaşmasından sonra, kimsə bu əməkdaşlıqdan daha çox qazanır kimisə az. Ərdoğan Rusiya sayəsində, böyük yaxın şərq oyununa qayıtdı və Putinin simasında daxili siyasət planlarının həyata keçirilməsində ciddi dəstək tapdı. Rusiya isə, son nəticədə, Suriyada, terrorizmə qarşı mübarizədə Türkiyəni öz tərəfinə cəlb edə bildi. Türk axını ilə bağlı daha sərfəli şərtlərlə müqavilə bağladı. Lakin, kürdlərlə bağlı risq elədi, təbii ki, bu şəraitdə kürdlər öz mövqelərini ABŞ ilə yaxınlaşdırmalı oldu. Çünki ABŞ Türkiyə ilə kürdləri barışdıra bilər. Bu da Rusiya üçün gözlənilməz olacaq. Gəlin yada salaq Bərzani (iraq kürdlərinin lideri) Suriyanın Kürdüstan bölqəsinə 10000-dən çox silahlı qüvvə (Пешмерге) göndərmək qərarına gəlmişdi təbii ki, ABŞ-ın razılığı ilə. Mümkün üçlük birliyi olan ABŞ, Türkiyə və kürd ittifaqı ilə Suriya prosesində hesablaşmalı olacaqlar. Amma Rusiya da kürdlər üzərində itirilmiş nüfuzunu qaytara bilər. Bu mənada Suriya konstitusiyanın son layihəsini, Rusiya təqdim etmişdi. Çox müsbət bir addımdır ki, Rusiya kürdlər üçün Muxtariyyət yaradılması zəruriliyini göstərib. Yanvar ayında Astanada daha bir parlaq hadisə baş verdi. Görüş iştirakçıları bir-birinə düşmən demələrinə baxmayaraq kürdlərin timsalında bir daha öz “düşmənini” açıq deyərək onlar çağırmağı “unudublar”. Əsədə biz nifrət edirik, ancaq kürdləri isə müqayisə edilməz dərəcədə istəmirik. Suriya müxalifətinin nümayəndələri Suriyanı dünyəvi dövlət kimi görmək istəmirlər. Astanaya gəlmiş, bu müxalifət əslində, öz ideologiyası ilə İŞİD-dən heç fərqlənmir. Qan tökülməsinin dayandırılması istiqamətində atılan istənilən sülh prosesi naminə bir masada onlarlada oturmaq olar. Amma heç bir görüş, heç bir danışıqlar Suriyada Kürdlərin və ABŞ-ın iştirakı olmadan sülhə gətirə bilməz. Ancaq nə qədər çox və uzun sülh prosesində kürdlərin iştirakı inkar ediləcəksə Suriyada sülhün bərqərar olması uzadılacaq. Dinc danışıqların iştirakçıları Suriyada, istirahət üçün vəziyyəti müvəqqəti sakitləşdirmək istəyirlər, ya da gələcək üçün dünyəvi Suriyanın əsasını qoymaq istəyirlər. İkinci variant kürdlərin iştirakı olmadan alınmayacaq. Birincini isə istədiyi qədər təkrar etmək olar.
Alı Balayev