Washington Post qəzetinin əldı etdiyi məlumata görə, yeni seçilmiş ABŞ prezidenti Donald Trump müdafiə naziri vəzifəsinə hərbi dəniz piyadaları korpusunun istefada olan generalı James Mattisi seçib.
Trump Mattisi “həqiqi generaların generalı” adlandırır.
Mövcud qanunla Pentaqona rəhbər təyin olunan ya mülki şəxs olmalıdır ya da mülki işlərdə 7 il işləməlidir.
Mattis isə ordudan 2013-cü ildə tərxis olunub. Yəni o, indiki qanunla hələ 4 il gözləməlidir.