Türk hərbi qüvvələrindən ibarət ilk qrup Qətər ordusu ilə birlikdə təlim etmək üçün Qətərə gedib. İlk təlim Tarıq Bin Ziyad hərbi bazasında olacaqdır.
Qətər böhranının çıxması ilə Körfəz ölkəsinə əsgər göndərmə qərarı alan Türkiyənin ilk qoşunları Dohaya çatıb. Qətər mərkəzli beynəlxalq yayım təşkilatı Al-jazeera, Türk əsgərlərinin Dohaya çatdığını bildirib.
Qətər Müdafiə Nazirliyi, ilk təlimin Tarıq Bin Ziyad hərbi bazasında yerləşən Qətər birliklərinə Türk əsgərlərinin iştirakı ilə başlayacağını bildirib. Təlimlər iki ölkənin müdafiə qabiliyyətlərinin təsdiq edilməsi məqsədilə əvvəlcədən planlaşdırılmış birgə müqavilənin tərkib hissəsi kimi həyata keçirilir.
İyun ayının əvvəlində Türkiyə hökuməti Qətər ilə Türk əsgərlərinin Körfəzdəki hərbi hissələrdə olmasına dair ayrıca bir razılığa gəlmişdir.
Könül Hacıyeva