Türk Bayrağı açan pişiyin görüntüləri rekort qırır.(Video)

05/08/17 1:05

Yalovada küləyin toparlayıb yumaladığı Türk Bayrağının yanına gələrək bayrağı açan pişiyin görüntüləri sosial mediada rekordu qırır.

Sosial mediada bir istifadəçi tərəfindən bölüşülən görüntüdə kafe olduğu təxmin edilən bir iş yerinin damında pişik görünür. Damda bir şeylər etməyə çalışdığı görülən pişik daha sonra külək səbəbindən toplaşdığı təxmin edilən Türk bayrağını açır.

Bayraq açıldıqdan sonra damdan ayrılan pişiyin bu görüntüsü sosial mediada günün ən çox paylaşılan video materialları arasında yer aldı.
Transqafqaz.com

http://www.ulkucumedya.com/d/media/ruzgardan-toplanmis-turk-bayragini-acan-kedi!!-yalova.mp4