Türk COVID-19 peyvəndi təcili istifadəyə hazırdır

10/09/21 11:28

Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri koronavirus infeksiyasına qarşı yerli peyvəndin hazırlanmasına münasibət bildirib

Türk peyvəndi TURKOVAC-ın yeni koronavirus infeksiyasına qarşı inkişaf prosesi təcili istifadə üçün tətbiq oluna biləcək bir mərhələyə çatdı.

Bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, Koronavirusun yayılması ilə Mübarizə Elmi Məsləhət Şurasının toplantısının yekunlarına dair keçirdiyi brifinqdə deyib.

O xatırladıb ki, əvvəllər ölkənin istehsalı olan müəssisələrdən birində bu dərmanın istehsalı qurulub. Onun sözlərinə görə, hazırda Türkiyədə TURKOVAC-ın kütləvi istehsalı üçün ikinci müəssisəni işə salmağa imkan verən bir infrastruktur yaradılıb.

“Təsdiq edilsə, oktyabr ayında kütləvi istehsalına başlayacağıq” dedi Koca.