Türk Dövlətləri Təşkilatının Türk Birliyinə çevriləcəyi gün gələcək.
Bunu “Report”a müsahibəsində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar deyib.
O qeyd edib ki, gələcəkdə Şimali Kiprin UTC-yə üzvlüyü məsələsi mütləq gündəmə gətiriləcək.
“Gələcəkdə bir Türk Birliyi yaranacaq, necə ki, bu gün Avropa Birliyi mövcuddur. daha da fəal şəkildə gənclər arasında əlaqələr güclənəcək və ortaq əlifbaya keçid bizi daha güclü gələcəyə aparacaq.