TÜRK MƏDƏNİYYƏTİNDƏ TOLERANTLIQ ANLAYIŞI… Fərqli baxış…

02/08/18 3:22

AMEA-nın  Fəlsəfə, və  Hüquq  İnstitutunun  Dinşünaslıq və mədəniyyətin  fəlsəfi                                                     problemləri şöbəsinin  kiçik  elmi  işçisi Zülfiyyə Novruzova

 TÜRK MƏDƏNİYYƏTİNDƏ TOLERANTLIQ ANLAYIŞI

 

türk mədəniyyəti tarixi ile ilgili görsel sonucu

Ä°lgili resim

 

Bəşəriyyət yaranandan bu günə qədər çox az sivilizasiya daşıyıcıları  vardır ki, nəsildəyişmə prosesində öz mövcudluğunu qoruyub saxlaya bilsinlər.  Uzun illər qərb alimləri tərəfindən təhrif edilməsinə cəhd göstərilən Türk sivilizasiyası indi də özünün həyat sikllərini davam etdirir. Türk sivilizasiyası dünyanın ən qədim sivilizasiyalarındandır.  Sivilizoloqlar sivilizasiyaları müəyyən tarixi dövrü əhatə edən bir neçə nəsil üzrə təsnif edirlər.   Məhz Türk sivilizasiyası Çin, Hind, İran sivilizasiyaları kimi birinci nəsil sivilizasiyalara aid edilir.  Lakin tarix qəsdən saxtalaşdırılır, əksər Avropa tarixçiləri türk xalqlarının  böyüklüyünü və qədimliyini təsdiq etmirlər,  əksinə bilərəkdən təhrif edirlər.   Bu nöqteyi –nəzərdən qeyd etmək lazımdır ki, qədim türk tarixi və mədəniyyətinin öyrənilməsi məsələsi bu gün qarşımızda duran problemlərdən biridir. Məhz  Azərbaycan   qədim türk sivilizasiyasının bir parçası olduğu üçün bu məsələ aktualdır və öyrənilməsinə ehtiyac vardır.

Tarixdə ən qədim xalqlardan biri olan türklər tarix boyunca  orta Asya,  Çin, Hindistan, Avropa və şərqi Avropada nəhayət  Anadoluda da məskunlaşmışlar.  Çox zəngin bir kültürə və mədəniyyətə malik  olan türklər hələ çox qədim dövrlərdə dünyanın ən qədim mədəniyyətlərindən biri olan Çin, Hind və İran mədəniyyətləriylə tanış olmuş,   bu kültürlərlə qaynayıb qarışmışdır.

Tarixi baxımdan isə Türk sivilizasiyasının izləri daha geniş ərazini əhatə edir. Belə ki, böyük türk dövlətləri – Hun imperiyası(e.ə. 220 – 216), Göytürk Xaqanlığı (552-743), Xəzər Xaqanlığı(651-983), Uyğur Xaqanlığı (744-840), Qaraxanlı dövləti (840-1212),  Böyük Səlcuq imperiyası (1040-1157),  Xarəzmşahlar dövləti (1097-1231),  Eldəgizlər dövləti (1136-1225),  Osmanlı imperiyası (1299-1922),  Teymurilər dövləti (1370-1507),  Böyük Moğol imperiyası (1526-1858), Əyyubilər dövləti (1171-1348), Dehli Türk Sultanlığı (1206-1413),  Misir Məmlük dövləti (1250-1517),  Səfəvi dövləti (1501-1722),  Qacar dövləti (1794-1925) Türk sivilizasiyasının sərhədlərini bir tərəfdə Hindistana, digər tərəfdə isə Avropanın dərinliklərinə – Macarıstana,  Balkanlara,  şərqdə və cənubda isə Misirə,  Əlcəzairə,  Ərəbistana doğru genişləndirmişdir.  Ümumiyyətlə,  tarixi  mənbələrə görə dünyada böyüklü-kiçikli 113, bəzilərinə görə isə 125 türk dövləti olmuşdur.   (1,  4)Müşahidələr göstərir ki, Türk xalqları böyük imperiyalar yaratsalar da  tutduqları ərazilərdə xalqların dininə və dilinə toxunmamışlar,  assimilyativ meylli olmamışlar, digər xalqlarla sülh və tolerantlıq şəraitində yaşamışlar.   Bu onların   milli adət- ənənələrindən və özlərinə məxsus xarakterlərindən  irəli gəlirdi.

Türk sivilizasiyalarının daşıyıcıları üçün əsas xarakterik xüsusiyyətlərdən biri  müxtəlif azlıqlara dözümlü yanaşmaqdır.  Bu mədəni tip üçün assimilyasiya etmək heç zaman səciyyəvi olmamışdır.     Öz həyat şəklində  passionarlığın kulminasiya mərhələsi hesab olunan imperiya dövründə belə dövlətin sərhədləri daxilində digər xalqlara ( sivilizasiya daşıyıcılarına ) münasibətdə hər zaman böyük hörmət, tolerantlıq müşahidə olunur.  Hətta ilkin dövr türk imperiyalarında hakim türklərdən asılı digər xalqlar arasında münasibətlər çox zaman şaquli hökmranlıq prinsipi əsasında deyil, üfüqi bağlılıq formasında olmuşdur. (2, 116)

 Türk kültür tarixini üç dövrə ayırmaq olar:

Bunlardan birincisi Orta Asyada hunlarla  birlikdə başlayan  kültür tarixidir. Hunlar, Göytürklər, Uyğurlar və s bu dövrə aid türk dövlətləridir.  İkincisi İslamı qəbul etdikdən sonra olan dövr. Bu dövr Qaraxanlıların İslamı qəbul etməsi ilə başlayır. Bundan sonra türk –İslam sintezi meydana gəldi.  Üçüncü dövr isə qərbləşməklə bağlı olan dövrdür. Bu dövr isə 1699-cu ildə Karlofca andlaşmasıyla başlayan dövrdür. Bu da Osmanlı dövlətinin Avropayla əlaqələrinin möhkəmləndiyi  dövrdür.

(3,  20)          İslamdan öncəki dövrə aid zəngin türk kültürü İslam ünsürləriylə qaynayıb qarışdıqdan sonra daha çox zəngin mədəni quruluşun  meydana çıxmasına zəmin hazırlamışdır.  Bu zəngin mədəni quruluş içərisindəki ən təsirli hüquqi qaydalar isə türk adətidir. Cəmiyyət içərisindəki bütün dəyər formaları adətlər  şəklində formalaşmışdır. Həm İslamdan əvvəl olan orxan abidələrində həm də İslamı qəbul etdikdən sonrakı dövrlərdə yazılan  “Kutadqu Bilgidə”    türk adəti dörd ana prinsip ətrafında toplanmışdır.  Bunlar könilik(ədalət)  tüzlük (bərabərlik)  uzluk (yaxşılıq faydalılıq)  kişilik(insanlıq və xoşgörmə ,tolerantlıq)dır. (3, 204)

Məhz ən qədim dövrdən yaddaşlardan silinməyən türk adət ənənəsinin gətirdiyi   prinsiplər İslamın gətirdiyi prinsiplərə çox yaxın idi. Bütün bunlar türk xalqlarının qısa bir zamanda İslamı qəbul etməsinə zəmin yaratmışdı.  Müşahidələr sübut edir ki,   başqa  xalqlarla müqayisədə türk xalqları tək tanrıya inandıklarından İslamı daha tez qəbul etdilər.  Bütün bunlar isə uzun zaman tarix kitablarında yazılan qılıncın gücünə  zorla müsəlman oldular ifadəsinin yanlışlığını ortaya qoymaqdadır.

X  əsrdən etibarən  İslamı qəbul edən türklər dünya mədəniyyət tarixinə və kültürünə  çox şeylər qazandırmışlar. Türklərin dünya mədəniyyətinə verdiyi ən önəmli  şeylərdən biri tolerantlıq, qarşılıqlı anlayış, digər kültürlərlə dialoq və bütün  mədəniyyyətlərə hörmət etməkdir. Bu dəyərləri türklər gədər dünyanın heç bir milləti inkişaf etdirməmiş və bunlara sahib ola bilməmişdir.  Şübhəsiz bunun səbəbləri vardır:

Türklərin  tolerantlıq, anlayış başqa kültürlərə hörmət etməyinin  iki önəmli səbəbi vardır. Birincisi  adət – ənənə,  ikincisi də İslam dəyərlər sistemidir. Türklər irqi dözümlülük strukturları ilə İslamın mədəni müxtəliflik anlayışını öz mədəniyyətləri içərisində yoğurmuşlar və bunu universal bir ölçü içində bəşəriyyətə təqdim etmişdilər.  Beləliklə türk millətinə xas universal tolerantlıq bu iki qaynaqdan gələrək inkişaf etmişdir. Xəzər dənizindən Çinə qədər Hindistana qədər uzanan böyük coğrafiyada, tarix boyunca çox müxtəlif din və kültürlərlə birlikdə yaşayan türklər öncə özlərindən olmayanlarla birlikdə dost olaraq  yaşamağı öyrənmişdilər. Bu bir tərəfdən köçəri mədəniyyəti ilə digər tərəfdən də oturaq mədəniyyətlə olmuşdur. Hindistandan,  Çindən  Ağdənizə qədər çatan ipək və ədviyyat ticarət yollarının Orta Asyadan keçməsi türklərə maddi və mənəvi böyük mədəni zənginlik qazandırmışdır. Buddist rahiblərdən, Manixeist,  Nəsturi din missiyonerlərinə və tacirlərinə qədər fərqli din və mədəniyyət təmsilçiləri türklərlə qaynayıb qarışmışlar və türklərdən tərəfdar tapmağa  cəhd etmişlər.  (4, 7)

Ona görə də Yəhudi, Manixeist, Buddist, Nəsturi  və s inancları qəbul edən türk boyları olmuşdur. Ancaq türklər İslamdan başqa heç bir dini millət olaraq  bütövlüklə qəbul etmiyiblər.  Hətta fərqli dinə mənsub olan türklər də birlik və bərabərlik içində yaşamışlar, bir-birləriylə din uğrunda müharibə etməmişlər. Çeşidli  dini –fəlsəfi çərçivənin içərisində olan,   dini   təkamülün bütün mərtəbələrini keçmiş olan türklər özünəməxsus dini –fəlsəfi dünyagörüşlərini,  din və iman anlayışlarını qoruyub saxlaya bilmişlər.

Türk boyları aralarındakı müharibələr həmişə suverenlik uğrunda olmuşdur. Bu da türk xalqlarında başçı olmaq və başkasını idarə etmək xarakterinin təzahürü olaraq bilinməkdədir. Beləliklə türklərdəki dini inancla bağlı müharibələrin olmaması onların başqalarının fikrinə və inancına hörmətlə yanaşmalarının bir nəticəsidir. Türk boylarında hər kəs istədiyi inanca yiyələnmiş ancaq istədiyi suverenliyi qazana   bilməmişdir. Türk ənənəsində suverenlikdə siyasət vardır. Dinləri mənimsəmədə isə inanç vardır. Siyasət törəsəldir, din və inanc isə fərdi meyllərə və seçimlərə bağlıdır.   (4, 8)

Türklərin inanc sisteminin və dini dünyagörüşünün tədqiqində ciddi işlər görmüş Jan Paul Roux da türklərin dini tolerantlığına baxmayaraq,  millilik və inancla bağlı xarakterlərində necə sabit bir cizgi ortaya qoyduqlarını xüsusi vurğulamaqdadır: “Türklər, qarşılarına çıxan bütün dinlərə həvəs və maraq göstərərək, çəkinmədən bu dinlərdən öz zehinlərində məna verə bildikləri hər şeyi qəbul edən insanlardır.  Xristianlıq, buddizm, zərdüştilik, manixeizm, yəhudilik, məzdəkizm yaxud da İslam kimi dinləri qəbul edərkən də öz ilkin düşüncələrinə sadiq qalmağı bacarırdılar.  Aralarında hər yerdə rast gəlinə biləcək şübhəçi, ağılçı kimsələrin olmasına baxmayaraq, ölümləri tamamilə savaş hərəkatları içində keçən bu qəlbləri iman dolu insanlar, ən xırda dini təcavüzkarlıq göstərmədən tarixdə heç bir nümunəsi olmayan  bir tolerantlıq nümayiş etdirir,  ən ziddiyyətli və bir-birinə düşmən olan təlimlərin  tərəfdarlarını anlayış içində bir arada yaşatmaq üçün cəhd göstərirdilər. Hər halda bu insanların qəlblərinin dərinliklərində,  şüurlarında inandıqları təlimdən o tərəfə bəşəriliklə bağlı bir şey olmalıydı.        (5, 40)

Məhz bu səbəbdən tarix boyu  başqa xalqların mədəniyyətlərinə və dinlərinə  qarşı  tolerantlıq nümayiş etdiriblər.  Heç bir dini məbədləri dağıtmayıblar.  Bu onlarda dini tolerantlıq mədəniyyətinin  çox yüksək dərəcədə olduğunu sübut edir.

Türk xalqlarının inancında tanrıçılıq əsas yer tutur. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı türk xalqları İslam, Xristianlıq, İudaizm, Buddizm, Tenqriçilik, Atəşpərəstlik, Şamanizm, Animizm kimi din və inanc sistemlərinə inanmışlar.  Zaman-zaman kənar  müdaxilələr hesabına türklərin dini inancında fərqli təsirlər olsa da,  monoteist dini inanc türklər üçün daim xarakterik olmuşdur.  (2, 61)

Lev Qumulyova görə, VII əsrdə Altayda iki dini sistemin- Sibir xalqları arasında geniş yayılmış Animizin,   habelə türklərin və monqoldilli köçərilərin əcdadlarının gətirdikləri Totemist məzmunlu əcdad kultunun mövcudluğundan söhbət gedə bilər.  Bu nümunəyə əsaslanarak Göy Türklərdə olan Göy Tanrı inancının ümumi şəkildə türklərin dini inancını ifadə etdiyini, ancak bununla birlikdə fərqli dini sistemlərin (məsələn Buddist görüşlər, Zərdüştilik, dişi qurd totemi, Xristianlıq, Manixeyçilik və s.) də mövcudluğunu təsdiq etmək mümkündür. (5, 32)

Bartolda görə də Oğuzlar İslamdan öncə başqa bir din qəbul etməyib şamanizmə sadiq qalaraq, monoteist inancların X əsrdəki İslamı qəbul etdikləri dövrə qədər qoruya bilmişlər.  (5, 32)

Qeyd etmək yerinə düşərdi ki dini inanc hər bir xalqın xarakterində dərin izlər qoyur.

Dini inancların milli xarakterlərlə uzlaşmasının nə qədər əhəmiyyətli olduğunu  Lev Qumilyov maraqlı nümunələrlə təqdim edir.  Alim uyğur türklərinin xarakterinə və ruhuna tamamilə yad olan manixeyçiliyi bu böyük imperiyanın çöküşünün əsas səbəbi olarak göstərməkdədir. Çünki maddi dünyaya qarşı mənfi münasibət bu dinin daşıyıcılarının aktiv həyat enerjisini bir nəslin dəyişməsindən dərhal sonra sıradan çıxarmağa başlamış və qədimdən türklərə məxsus dinamik həyat tərzindən uzaqlaşan cəmiyyətin çöküşü qaçınılmaz olmuşdur.   (5,  39)

Türk xaqanı Tonyukuk xan  qüdrətli göytürk xaqanı Bilgə xaqana buddizmin türk millətinə nələr verdiyini izah etmiş və demişdir biz köçəri millətik özümüzü güclü hiss etdiyimiz zaman davamlı akınlar yapıyor zayəf olduğumuz zamanlarda dağların vadilərin dərinlikləronə dalıyor kurtuluyoruz. Buda və tao dinlərinə gəlincə bu dinlər daha çox sülh içində yaşayansessiz ve uysal kişilər üçündür savaş yapmak ve güc kazanmak isteyenlere göre değildir.   S. 112

İslam dini aynı zamanda ebed müddet olan türk varlığını qoruyan çok kuvvetli manevi ir silah ve bir nevi zırh olmuşdur. Nitekim başka ikilimlere taşan başka başka dinlere sapmış olan türk kavimlerinin milletler mücadelesinde varlıklarını koruyamadıkları milliyyetlerini kaybettikleri hatta türk dünyasının dışında kaldıkları ve büyük türk ailesindenkoptukları görülmüşdür. O kadar ki bu kavimler türk adıyla dahi anılmaz olmuşlardır. Eski türk kavimlerinden olan bugünkü macar ve bulqarlar bunun en tipik örneklerindendir. S 116.

Milletimizin kendine has davranış ve karakterlerinin bekası için türk büyükleri tarafından gösterilen bunca qayretlere rağmen mesela budistlik mecusilik manixeizm və s eski asya dinlerinin türkler arasında kismen de olsa yayıldığı ve onlarda mevcut olan şeamet ve qayret duyğularını körettiği cesaret mertlik ve igidlik gibi asıl asil davranışlarını dumura uğratarak miskin bir hale soktuğu görülmüştür. S 113

Cahiz türklerin üstün meziyetleri adındakı ünlü eserinde belə yazmışdır türkler zındıklık budizm və s dininə girince artık harb meğlub ol. Türklerin en kahr olan uyğurlar bun en güzel misal. Halbuki dokuzoğuzlar karluk türklerinden sayca az oldukl halda daima ileri giderler ve daha iyi savaş. Ne zaman ki bu zındıklık din gir baş bu din insan el-etek çektirme ve uyuşukluk telkin etme hristiy daha geri dey.böy onl kah duyğ yok ol ve şeamet duy sönüb get. Mesel temmim b bahr da keyd edir. S114   milli tarih kültür ve medeniyet davamızın temel meseleleri prof.doc  zekeriya kitapcı 1 baskı 1993 istanbul 2 baskı mayıs 2008 konya.

Oxşar mənzərəni xəzərlərin yəhudi dinini qəbul etməsində də görmək olar. Ona görə də qeyd etmək lazımdır ki, tək Tanrı inancı türklərin xarakterləriylə çox uzlaşırdı və çox ehtimal ki  onların güclü imperiyalar yaratmağına zəmin yaratmışdı. Məhz türklərin çoxluqla tək tanrıya sitayiş etmələri onları  əxlaqi baxımdan da digər xalqlardan ayıran  başlıca meyarlardan biriydi.  Çox güman ki,   tək Tanrıya olan etiqadları onları neqativ hallardan da uzaqlaşdırmışdı.

Əski çağlardan bəri mövcud olan tək Tanrıya olan  etiqadları  orta əsr qaynaqlarında da təsdiqlənir.  VI əsrdə   Bizans diplomatı və tarixçisi Menandr yazırdı ki, hər nə qədər torpağa, suya,  və oda sayqı, ehtiram göstərsələr belə türklər yenə də kainatın yaradıcısı olan tək tanrıya inanırdılar.  (6, 125)

Türklərin İslamı qəbul etməmişdən əvvəlki dini-fəlsəfi dünyagörüşlərinin təhlili onu sübut edir ki,  çeşidli dini sistemlərin çərçivəsində yaşamaqlarına baxmayaraq bütün dövrlərdə onlar  tək Tanrıya sitayiş etmişlər.

Başqa bir Bizans tarixçisi Peofilakt da (VII əsr) yazırdı ki Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. Sitayişi isə  “ Tək Tenqri” adlandırdıqları yeri və göyü yaradana edirlər. Ona ayğır  qoç və  buğa qurban verirlər.  (6, 126)

Müşahidələr göstərir ki,   başqa oxşar adətləri kimi hətta qurban kəsmə adətləri də  İslamın gətirdiyi qurban kəsmə prinsipinə çox oxşayır.  Bildiyimiz kimi başqa dinlərdə monoteist dinlər xaric qurban kəsmə adətləri də fərqli-fərqli olub.  Amma qurban kəsmək də  daxil olmaqla  tanrıçılıqda başqa xüsusiyyətlər  də  İslam dininə yaxın olub.

Dini-fəlsəfi düşüncənin təkamülü nəticəsində Tək Tanrı dünyagörüşünü qəbul edən türklərdə o biri dünya, cənnət (ucmaq), cəhənnəm(tamu), hesab vermə, qiyamət günü(uluğ gün) məfhumları da olmuş və bunlardan müsəlman olduqdan sonra da istifadə etmişlər. Türklərin dini-fəlsəfi dünyagörüşlərində ruhların ölümsüzlüyü və mələklərin varlığı fikri də yer almış və ən çox haqqında bəhs edilən xilaskar mələk kimi tanınan “Umay” olmuşdur.  Mühüm hadisələr zamanı və səfərə çıxmazdan öncə,  başlarını açıb əllərini göyə qaldıraraq dua edən  Türklər üçün İslamın cihad, ədalət və hakimiyyət anlayışları kifayət qədər cəzbedici olmuş və əslində bu İslam   dini-fəlsəfi dünyagörüşü ilə bağlılığa gətirib çıxarmışdır. İslam dini ilə Türk dini –fəlsəfi düşüncə sisteminin bütünləşməsini başqa tarixi hadisələrdə də müşahidə etmək mümkündür. Yüksək qabiliyyətə malik kamların yerini az sonra İslam vəlilərinin, dərvişlərinin tutması, güc və qəhramanlığı təmsil edən Alpların Alp Ərənlərə çevrilməsi və  bu mərtəbəyə yüksəlməkdə hər ikisinin ruh, ölüm, axirət, cənnət, cəhənnəm, inanclarında bənzərliyin ortaya çıxması yuxarıdakı fikrin təsdiqi sayıla bilər.  Bununla birlikdə türklər Tanrı, ucmaq, tamu, yükünc(namaz), yuzuk(günah), yer(şeytan) kimi dini məfhumları uzun müddət işlətməyə davam etmişlər.  (5, 75)

Bir şeyi də xatırlatmaq yerinə düşərdi ki,  türklərdə digər xalqlardan fərqli olaraq kasta sistemi olmayıb, İslamda da kasta sistemi yoxdur.  Məhz burda da oxşar cəhətlər var.  Çox ehtimal ki türklərdə kasta sisteminin olmaması məhz tanrıçılıqla əlaqədardır.

Belə bir nəticə əldə olunub ki, tanrıçılıq e.ə. VII əsrdə  Oğuz xan tərəfindən həyata keçirilib.  Deməli ən azı türklər tanrıçılığa  1, 4- 1,5 min il sitayiş ediblər.  Türklərin bir çox milli əlamətləri, tarixi uğurları məhz tanrıçılığın hesabına inkişaf etmişdir. Tanrıçılıq türklərin minlərlə dünyagörüşlərini  formalaşdıran  bir etiqad idi.  Tarix inkişaf edirdi.  Zaman keçdikcə monoteist dinlər tarixdə öz qanuni yerlərini tuturdu. Türklər də bu proseslərdən geridə qalmırdılar. Tarixin meydanına bir-birinin ardınca üç monoteist din çıxdı.  Deməzdim ki, türklər bu dinləri qəbul etməyə çox asanlıqla gedirdi.   Moisey Kalankatuklu “Alban tarixi”  əsərində hunların tanrıçılıqdan döndükdə nə kimi müqavimət göstərdiklərini geniş işıqlandırır.  Məhz İslam o din idi ki, türklərə həm həqiqi dini etiqad verdi, həm də onların milli düşüncələrini qorumaqda əvəzsiz tarixi rol oynadı.  İslam sadəcə din olmaqla kifayətlənmədi, o həm də türk xalqları milli azadlıq yoluna çıxarkən  onların milli bayraqlarına çevrildi. (7, 112)

Bir şeyi də xatırlatmaq yerinə düşərdi ki,   İslam türklərin güclü dövlətlər yaratmağına da geniş imkanlar yaratdı. Məhz İslamı qəbul etdikdən sonra daha güclü imperiyalar yaratdılar.

Müsəlman  olmadan öncə türklərin inandıqları  ənənəvi dinlərinə istinadən fərqli din mənsubları ve digər insanlarla münasibətlərində, başqa millətlərdə görülmüyən bir tolerantlıq anlayışına sahip olduqları bilinməkdədir. Bu tolerantlıq anlayışını ənənəvi türk dinində təməlləndirən  iki  inanç dəyəri vardır:  Universal  Tanrı anlayışı ve   bütün kainatın və onun içindəkilərinin,  Tanrının yaratmasına bağlı   müəyyən bir hörməti qazanmaları.  Bu iki  dəyərə görə dünya görüşlərini meydana gətirən ve din anlayışlarını şəkilləndirən türklərin inançlarında Tanrı, tək ve universal  olaraq hərkəsin ve her şeyin Tanrısıdır. Her şeyi O yaratmıştır. Hər şey Onun mülkündə ve iradəsindədir. Buna bağlı olarak yaradılmışlar da Tanrının əsəridir, məhz buna  görə hörmət olunmalıdırlar.  Ənənəvi  Türk dinində çeşidli təbiət kultlarının təzahüründə bu qəbulun izlərini görmək mümkündür. Bu anlayışın bir davamı  olaraq digər insanların da eynı Tanrıya inandığını qəbul edən Türklər arasında  xüsusilə, Qərbə  doğru əhalinin köçü  başladığı zamanlardan etibarən fərqli  dinlərə olan  səmimiliklərini müşahidə etmək mümkündür. (8, 122)

Çox səmimi qəlbdən olan tək tanrıya  inanc təbiidir ki insanları pis istiqamətdə yox,   ancaq müsbət və poztiv addımlar atmasına yönəldəcəkdı.  Tanrıçılıq monoteist dinlərə çox oxşayırdı və bu səbəbdən türklər bütə sitayiş edən xalqlardan çox fərqlənmişlər.   Türklər tək tanrı inancına  tenqriçilik və göy tanrı inancı  da deyirdilər.

Göy tanrı inancı bütün türk boylarında ortaq bir inanc olaraq özünü göstərməkdədir.  Həqiqətən  bəzən göy tanrı kəliməsi səmavi bir tanrı şəklində özünü göstərmişsə də ümumiyyətlə hər şeyin yaradıcısı olaraq qəbul edilmişdir. Türklərdə ümumi və ortaq bir tanrı anlayışını təşkil edən göy tanrı inancı universal bir tanrı inancının varlığını sərgiləməkdədir. Bu universal tanrı inancı isə türklərə universal bir ruh halı və hər kəsi qoruyucu bir xarakter qazandırmışdır.  Türklərin zəifin, çarəsizin, möhtac olanın, zülmə uğrayanın dostu olması inandıqları bir universal xarakterli göy tanrı inancının əsəri olduğunun sübutudur.

Bəzi qaynaqlar “şamanizmi” türklərin milli dini hesab edirlər. Ancaq şamanizm türklərin milli dini olmamışdır,  çünkü şamanizm bir din deyildir. Şamanizm daha çox cadu və extase mərasimlərini ehtiva edən, müxtəlif dinlərdən və xürafələrdən yaranan bir dini sinkretizm hesab edilə bilər.  Digər yandan Eliadenin dediyi kimi şamanizm yalnız türklərə məxsus inanc deyil.   (9,  487-494)

Türk alimi Hikmət Tanyu da Göytürkləri Şamançı damğasıyla təhlil etmənin əleyhinə çıxaraq, bunu yanlış və xatalı yanaşma kimi qəbul etmiş,  VII əsrin ortalarından başlayaraq  Orta Asiyanın quzey tərəfindəki geniş sahədə türklərin dininin, törəsinin Tenqri (Tanrı) dini olduğunu və buna uca, ulu anlamını verən( Göy Tenri, Tanrı ) dini də deyilə biləcəyini qəti olaraq ifadə etmişdir. (10,  29)

Qeyd etmək yerinə düşərdi ki, bu müəllifin subyektiv fikri də ola bilər.  Ancaq müşahidələr göstərir ki türklərin tək tanrıya inanmaları daha məqsədəuyğun hesab edilir.   Türklərin çoxunun tək tanrıya inanmasının nəticəsidir ki,  onlarda digər dinlərə qarşı  aqressiv,   dözümsüzlük münasibətlər heç vaxt olmamışdır.

Türklərdə haqq  olan göy tanrı inancının yanında, tarix boyunca fərqli inanclara sitayiş edən türk boylarının yan-yana yaşaya bilmələri, türk xalqlarında bir dözümlülüyün olmasının sübutudur. Türklərdəki mədəni və dini dözümlülüyün təməlini bir tərəfdən İslam öncəsi türk adət-ənənələri və mədəniyyətləri meydana gətirərkən, digər tərəfdən də İslamı qəbul etmələrindən sonra İslam prinsiplərindəki təməl fikirlər meydana gətirmişdir.   (4, 9)

Müşahidələr göstərir ki, həm gözəl adət-ənənələr,  həm də İslamın gətirdiyi böyük prinsiplər ikisi birlikdə bu millətin mədəniyyətini daha da zənginləşdirmişdir.

Türklərin İslamı mənimsədiklərinin ən önəmli nəticələri X əsrin sonunda   Qaraxanlı dövlətinin İslamı qəbul etməsiylə başlamışdır. Satuk Buğra xan həm özü, həm də xalqı İslamı qəbul etmişdilər. Uzun bir Manixeist və Buddist mədəniyyətləşmə müddətinin sonunda əmələ gələn kaşqar çevrəsi önəmli bir din və kültür mərkəzi olmuşdur.   (11 ,31)

X miladi əsrdən etibarən türklərin İslamı qəbul etmələri sürətlənmişdir.  Əfqanıstanda Qəznəvi  türkləri Qəznəvi  imperatorluğunu quraraq Hindistana qədər daxil olmuşdular.   Qəznəvilərin türk xüsusiyyətlərini İslamla birlikdə tərk etmədiklərini bəzi qaynaqlar açıqlayırlar.   Müşahidələr göstərir ki,  Qəznəvilər də Qaraxanlılar kimi   İslamı qəbul edəndən sonra daha güclü imperiya yaratdılar.   Təbii ki burda İslamın rolun inkar etmək olmaz .

Qısa bir zaman sonra oğuz boyları səlcuqluların öndərliyində İrana və Anadoluya daxil olmuşlar.  Anadolu səlcuklu imperatorluğunu qurmuşlar. Qısa bir fitrət və böhran dövründən dərhal sonra osman oğulları Anadolunun qərb ucunda parlamışlar və yeddi əsr davam edərək böyük bir imperiya  qurmuşdular. Türklər İslamı qəbul etdikdən sonra böyük dövlətlər qurmuşlar və dünyaya türkün adını tanıtdırmışlar. Türklər tarixin hər dövründə ədaləti, dözümlülüyü və insan haqlarına hörməti rəhbərliklərinin əsası olaraq qəbul etmişdilər. Türklər bəzi xalqlar kimi İslamı şəkil olaraq qəbul etməmişdilər.  Bəzi oğuz boyları qədim türk kültür və adət ənənələrini İslamla birlikdə davam etdirmişsə də, qısa bir müddət sonra İslamın istədiyi şəkildə əməllərini islah etmişdilər.   Ancaq türklər çoxluluqla İslamı qəbul etmişlər və İslamın təməl fəlsəfəsini mənimsəmişlər. İslama qulluq etməyi hər şeydən üstün tutmuşdular. Bunun üçün türklər İslam birlikıərinin ən səmimi birliyini təşkil etmişdilər.  Öz dillərinə laqeyd yanaşaraq,  ərəb ədəbiyyatçılarını belə təəccübləndirəcək dərəcədə ərəbcə əsərlər yazmışıdırlar.  Bağdadı Konyanı, Bursanı, İstanbulu İslami elmlərin mərkəzi etmişdilər.   XIII əsrdə Konya, Qurtuba, Bağdad, Misir İran kültürlərinin  görüşmə yeri olmuşdur.  Bu əsrdə İbni Arabi, Sührəverdi Konyadadır.   Sadreddin Konevi, Mövlana və Yunus Konyadan dünyaya işıq saçmaqdadır. 600 ildən daha artıq bir dövrdə İstanbul Osmanlının mədəniyyət mərkəzi oldu  və üç qitəni  işıqlandırmışdı.  (11, 10)

Orta əsrlərdə Azərbaycan ərazisinidə də   Atabəylər,  Qaraqoyunlu,  Ağqoyunlu, Səfəvilər kimi bir neçə güclü türk dövlətləri olmuşdur.     Eyni zamanda Azərbaycan ərazisində  çoxlu türk mütəfəkkirləri,  şairlər yetişmişdir.  Onların arasından Nəimi,  Nəsimi,  Əfzələddin Xaqani,  Nizami Gəncəvi,  Məhəmməd Füzuli kimi dahilər çıxmışdır.   Gəncə, Təbriz, Şamaxı, Ərdəbil kimi şəhərlər də Türk-  İslam mədəniyyətinin daşıyıcılarıydı.

İslama xidməti hər şeydən üstün tutan türklər İslamın insan haqlarına verdiyi önəmi heç bir zaman ikinci planda qoymayıblar. Türklər İslamın təməl prinsip olaraq qəbul etdiyi  “Dində zorlama yoxdur”  prinsipini çox asanlıqla qəbul etmişdilər.

Türk tarixi tolerantlıq örnəkləriylə doludur. Türklərin İslamdan öncə də böyük bir tolerantlığa sahib olduklarını tarixi sənədlər ortaya   qoymaqdadır. Orxan abidələri bu baxımdan önəmli məlumatlar ehtiva etməkdədir.  (12, 116)

Orxan abidələri və tarixi uyğur mətnləri incələndiyində Insan haqları  bəyənnaməsi ilə bir çox yönlərdən oxşarlıq olduğu görülür. İnsan haqları bəyənnaməsindəki “ hər şəxsin fikir, din və düşüncə hürriyyətinə malik olması ilə əlaqəli 18 -ci maddənin  göytürk və uyğur hüququnun vətəndaşlara verdiyi haqlarla eynilik təşkil etdiyini görərik.     (13,  201-220)

Bütün bunlar bir daha onu sübut edir ki,  tarixi saxtalaşdırılaraq vəhşi kimi təqdim edilən türk xalqları bəşəriyyətə ən qədim və ən zəngin mədəniyyət bəxş etmişdir.  Bir şeyi də xatırlatmaq yerinə düşərdi ki,   qədim Türk dövlətlərində  başqa imperiyalarda olduğu kimi insanlar kastalara və siniflərə bölünmürdülər. Qadınlar və kişilər də bərabər hüquqa malik idilər.   Bu da hələ ən qədim dövrdən türk dövlətlərində  olan humanizmin və demokratiyanın sübutunun göstəricisidir.

Göytürk dövlətini qəbiləvi dövlətlərdən ayıran başlıca xüsusiyyətlər bunlar idi:

Davamı var

Hazırladı Günel Bağırova